Prezident Aydın Kərimovu sədr TƏYİN ETDİ

Prezident Aydın Kərimovu sədr TƏYİN ETDİ

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, sərəncamla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

 

Müşahidə Şurasının sədri

 

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

 

Müşahidə Şurasının üzvləri

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

 

Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

 

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR