“Qarabağ”ın oyunları ilə bağlı VACİB XƏBƏR - Stadion dəyişdi

Cəmiyyət
15:53 / 21.10.2022
9081
“Qarabağ”ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib.
Sfera.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb arenadakı təmir işləridir.
Bildirilib ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.