“Putin nüvə silahını işə salmağa çalışdı, amma...” - Təxribat, yoxsa texniki xəta?

Rusiya lideri Vladimir Putin nüvə silahını işə salmağa çalışsa da, uğursuz olub.
Sfera.az bildirir ki, bu iddia ilə “Daily Star” qəzeti çıxış edib. Qeyd olunub ki, Ukraynanın paytaxtı Kiyevi kamikadze pilotsuz təyyarələrlə vuran Rusiya bu ayın əvvəlində iki nüvə başlıqlı raketi sınaqdan keçirmək istəsə də, nəticə uğursuz olub. Yazıda bu uğursuzluğun səbəbi kimi daxildəki insanlar tərəfindən təşkil edilən təxribat və ya texniki çətinliklər göstərilib.
Moskva Dövlət Diplomatik İnstitutunun keçmiş professoru Valeri Solovey isə mövzu ilə bağlı bunları deyib: “Putinin taktiki nüvə silahından istifadə qərarı şübhəsiz ki, müqavimətlə qarşılaşacaq. Müqavimətin nə dərəcədə təsirli olacağını bilmirəm, amma son iki həftə ərzində nüvə sınaqlarının keçirilməli olduğunu bilirəm. Planlaşdırılmış sınaqların hər ikisi isə həyata keçirilmədi”.
“Bir dəfə olsa qəza, iki dəfə olarsa, təsadüf deyə bilərik" söyləyərək Rusiyanın ləğv etdiyi sınaqlara işarə edən Solovey fikirlərini bu cür davam etdirib: "Ancaq üçüncü dəfə bir sınaq eyni şəkildə ləğv edilirsə , bu ya təxribatdır, ya da baş komandanın vəzifələrini yerinə yetirməməsidir”.
Qeyd edək ki, oktyabrın əvvəlində NATO üzv ölkələrə Putinin “Poseidon” sualtı pilotsuz təyyarəsinin daşıyıcısı olan K-329 Belqorod nüvə sualtı qayığını yerləşdirdiyi barədə xəbərdarlıq edən kəşfiyyat məktubu göndərmişdi.
Günay Rəsulqızı