Dünya şöhrətli Van Qoq küçə fahişəsini necə sevib? – FİLM KİMİ HƏYAT HEKAYƏSİ

Dünya şöhrətli Van Qoq küçə fahişəsini necə sevib? – FİLM KİMİ HƏYAT HEKAYƏSİ

Sənət tarixinin tanınmış siması, rəssam Van Qoq haqqında məlumatlar çox olsa da, onun sevgi həyatı barədə demək olar, heç nə bilinmir. Halbuki dünya şöhrətli rəssam bir fahişə ilə film kimi sevgi yaşayıb.

 

Sfera.az bildirir ki, bu sevgi hekayəsi Van Qoqun Clasina Maria Hoornik adlı qadına  rəsmləri üçün modellik təklif etməsi ilə başlayıb. Hoornik Van Qoqdan 3 yaş böyük olub. Modellik təklifi gələndə o, “həyat qadını” idi. Rəssam qardaşı Teoya yazdığı məktublarda onun üçün işləyən bu qadından nadir hallarda bəhs edib, həyatındakı hər hansı digər qadınlar kimi onun haqqında da bəhs edib. Bir müddət sonra Vaq Qoq məktublarda adı Kristien olaraq çəkilən qadına “Sien” deyə müraciət etməyə başlayıb.

 

Soyuq havalarda yolları kəsişən rəssam və fahişə...

 

Gənc qadın son dərəcə çətin həyat yaşayıb. Atası öləndə Hollandiyanın Haaqa şəhərində yaşayan qadının həyatı dərzilik və fahişəlik arasında bölünüb. Van Qoqla tanış olanda  Mariya Vilhelmina adlı 5 yaşlı qızı olan Sien həm də oğluna hamilə idi. Bəzən ikinci uşağın Van Qoqdan olduğu iddia edilsə də, onların görüşmə tarixləri ilə uşağın doğulması arasındakı vaxt uyğunluq təşkil etməyib. Məşhur rəssam qadın haqqında səsləndirilən mənfi rəylərə heç zaman qulaq asmayıb. O, qarşısındakı qadına baxanda gördüyü tək şey Sienin ruhu olub. Qoq qardaşı Teoya yazdığı məktubda Sienlə ilk görüşünü belə qələmə alıb:

 

 

“Keçən qış bətnində uşağını daşıdığı kişi tərəfindən tərk edilmiş qadınla tanış oldum. Soyuqda küçələrdə gəzən hamilə qadın idi. Yəqin onun necə pul qazandığını təxmin edirsən. Həmin qadını model kimi işə götürdüm və bütün qışı onunla işlədim. Ona tam ödəniş edə bilməsəm də, kirayə qalması üçün ev verdim. Öz çörəyimi bölüşərək onu və uşağını aclıqdan, soyuqdan xilas edə bildim”.

 

Sien bir ilyarımdan çox məşhur rəssamla işləyib və yaşayıb. Lakin həmin zamanlarda Sienin anası ona daha yaxşı pul qazanmaq üçün fahişəliyə qayıtmasını məsləhət görüb.

 

“O və mən bütün yükləri birlikdə daşımalı olan iki bədbəxtik"...

 

 Van Qoqla Sien arasında tez-tez yaranan mübahisələrin ən böyük səbəbi yoxsulluq olub. Rəssam Sien ilə evlənmək istədiyini bildirəndə ailəsi onu ruhi xəstəxanaya yerləşdirməklə hədələyib. Lakin Qoq bütün təhdidlərə baxmayaraq sevdiyi bu qadından imtina etmək istəməyib.

 

“O və mən bütün yükləri birlikdə daşımalı olan iki bədbəxtik", deyə Qoq yazıb. Bir müddət sonra onlar emalatxana kimi də istifadə edəcəkləri daha böyük bir yerə köçüblər. Bu evdə Qoq sevgilisi Sien və onun sarılıqla mübarizə aparan uşağının rəsmini çəkib. Əslində Sien yaxşı ana olmayıb. O, spirtli içki və siqaretdən çox istifadə edib, uşaqlarına kifayət qədər qayğı göstərməyib. Çoxları Van Qoqun onun kimi birini niyə sevdiyini başa düşə bilməyib. Sienin ailəsi isə onu Van Qoqdan qurtarmaq üçün hər yola əl atıblar. Bütün yaşananlar Van Qoqun daha çox depressiyaya düşməsinə və gündən-günə özünə qapanmasına səbəb olub. Nəticədə münasibətləri çıxılmaz yola girib. Van Qoq rəssamlığın aludəçisi, qəribə persojan idi,  Sien isə sərt, kobud görünən qadın olub. Həm də onun incəsənət və ədəbiyyatla heç bir əlaqəsi olmayıb. Zaman keçdikcə cütlük arasında gərginlik artıb, nəhayət onlar yollarını ayırıblar.

 

 

Van Qoq rəssam kimi bacarıqlarını artırmaq üçün Hollandiyanın şimalındakı ucqar bölgə olan Drenteyə yola düşüb. Sien isə Vinsent getdikdən az sonra iki azyaşlı övladından imtina edib - kiçik qızı Mariya və körpə Villem Sienin anası və qardaşı Piterlə yaşamağa göndərilib.

 

Van Qoqla eyni sonluq...

 

 

Sien Haaqadan Delftə, sonra Antverpenə və nəhayət Rotterdama köçüb. İlk dəfə 1901-ci ildə, 51 yaşında evlənib. Onun əri özündən 11 yaş kiçik Arnoldus van Wijk idi. Lakin 22 noyabr 1904-cü ildə Sien yaşadığı bu çətin həyata daha dözə bilməyib. Onun cəsədi Rotterdam mərkəzi stansiyasının şimalında yerləşən Provenierssingel kanalında tapılıb. Gənc qadın suda boğulmuşdu.

 

Yəni o, 14 il sonra, 1890-cı ildə intihar etdiyi bildirilən Van Qoqla eyni sonluğu paylaşıb. Sienin intiharından 12 gün əvvəl Rotterdamdakı Oldenzeel qalereyasında Van Qoqun əsərlərindən ibarət böyük bir sərgi açılıb. Bu sərgi Van Qoqun sənət ictimaiyyəti tərəfindən tanınmasına səbəb olub. Gənc qadının isə böyük sevgi bəslədiyi adamın artan şöhrətindən xəbərdar olub-olmaması böyük maraq mövzusu olaraq qalıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...