Arutyunyanın “Bakı ilə danışmağa hazırıq” bəyanatı nəyə hesablanıb?

Arutyunyanın “Bakı ilə danışmağa hazırıq” bəyanatı nəyə hesablanıb?

“Separatçıların “rəhbəri” Araik Arutyunyan İrəvanda Paşinyanla görüşdən sonra açıqlama verərək Bakı ilə danışıqlara hazır olduqlarını bəyan edib”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Araik həmçinin Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür etmədiyini  söyləyib:

 

“Bakı-İrəvan danışıqlarının gündəliyi fonunda Araikin sözlərindən bəlli olur ki, Paşinyan ona “Ermənistanın əlindən heç nə gəlmədiyini” deyib və İrəvan Qarabağ məsələsindən imtina edir. Mümkündür ki, Paşinyan Araikə onları yalnız rusların “xilas etmək” imkanının olduğunu izah edib, yaxud İrəvandan imtina cavabını alan separatçı-terrorçu rejim Moskvadan başqa gedəcəkləri qapı qalmadığını anlayır. Hər iki halda problem rusların masasına ötürülür. Proseslərin inkişafına baxdıqda da Ermənistanın planının bu olduğu aydın görünürdü: problemin Bakı-Moskva xəttində transformasiyasını başa çatdırmaq, nəticənin necə olmasından – mənfi, yaxud müsbət – məsuliyyəti rusların üzərinə qoymaq. Paşinyanla görüşdən sonra Araikin başının dəstəsi ilə Moskvaya səfər planlaşdırdığına dair məlumatlar da bu kontekstdə diqqət çəkir. Separatçılar suallarına cavab tapmaq və rusların təminatını almaq istəyir. Praktiki baxımdan nə qədər çətin görünsə də, ruslardan “müstəqilliklərini” tanımağı, yaxud Rusiyaya birləşməyə imkan yaratmalarını da istəyə bilərlər”.

 

Ekspert qeyd edib ki, Ermənistan separatçıları Rusiyanın qucağına atmaqla yanaşı, qondarma “Bakı-Xankəndi” formatını da ön plana çıxarır:

 

“Bununla rəsmi Bakının beynəlxalq birlik qarşısında açıqladığı “Qarabağdakı yaşayan ermənilərlə qeyri-formal danışıqların aparılması” işində separatçı-terrorçuları “tərəfə” çevirməyə çalışırlar.  Araikin açıqlaması fonunda “Qarabağdakı ermənilər Bakı ilə danışıqlara hazırdır, Azərbaycan onlarla təmas qurmalıdır” fikrini inkişaf etdirməyi planlaşdırırlar. Bakı bunu qəbul etməsə, “Azərbaycan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmir” iddiası üzərindən hərəkət edəcəklər. Proseslər deməyə əsas verir ki, Xankəndi məsələsində həlledici məqam yetişib. Bakı təbii ki, Araik və dəstəsi ilə təmas qurmayacaq, lakin bu kartı sıradan çıxarmaq istiqamətində də addım atılmalıdır, xüsusilə ruslarla təmasların intensivləşməsinə qədər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...