“Sizi yalnız mən xilas edəcəm” - Boris Conson tətilini yarımçıq qoyub Londona qayıtdı

“Sizi yalnız mən xilas edəcəm” - Boris Conson tətilini yarımçıq qoyub Londona qayıtdı

Böyük Britaniyanın Baş naziri Liz Trass istefasını elan etdikdən sonra Mühafizəkarlar Partiyasında liderlik yarışı yenidən start götürüb.

 

Sfera.az bildirir ki, Böyük Britaniyanın yeni baş nazirinin kimliyini müəyyənləşdirəcək prosesin gələn həftənin sonuna kimi yekunlaşması gözlənilir. Partiyanın parlamentdə ümumilikdə 357 deputatı olduğundan namizədlik yarışında yalnız üç ad iştirak edə biləcək. Praktikada iki namizədin yarışa çıxacağı, hətta vahid namizədin də irəli sürülə biləcəyi təxmin edilir ki, partiya üzvləri səs verməyə ehtiyac duymasın.

 

Namizədlik üçün hələlik rəsmi olaraq heç kim müraciət etməsə də, son seçkilərdə Lizz Trass ilə rəqabət aparan Rişi Sunak, İngiltərənin ilk qadın müdafiə naziri kimi tanınan Penny Mordaunt və hazırkı müdafiə naziri Ben Vallas önə çıxan adlar sırasındadır.

 

Digər tərəfdən, keçmiş Baş nazir Boris Consonun geri dönəcəyi ilə bağlı iddialar da ortaya çıxıb. Britaniyanın “The Telegraph” qəzetində dərc olunan yazıya əsasən, Consonun geri dönəcəyi ilə bağlı məlumatlar sadəcə şayiə deyil. Qəzet hazırda Karib dənizində olan Boris Consonun tətilini erkən bitirib Londona dönəcəyini və komandasına hazırlıqlara başlamağı tapşırdığını qeyd edib.

 

“The Telegraph”a görə, Conson Mühafizəkarlar Partiyasının qanunvericilərindən dəstək istəyib və partiyanı yalnız özünün xilas edə biləcəyini bildirib:

 

“Boris  vəzifədə olduğu müddətdə razılaşmadığı və istefasına səbəb olan adlardan biri, keçmiş maliyyə naziri Rişi Sunaka “zeytun budağı” uzadıb və “mənə qoşulun” çağırışı edib. Keçmiş baş nazir öz səhvlərindən dərs alıb və gələcəkdə “birləşdirici” lider olmağa hazır olduğunu deyib.

 

Qeyd edək ki, Britaniya tarixində Harold Vilson və Uinston Çörçildən başqa heç kim baş nazir postunu tərk etdikdən sonra geri qayıtmayıb. Boris Conson köhnə kreslosuna qayıda bilsə, adını Böyük Britaniya tarixinə yazacaq.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...