Azər Türk Bankın aktivləri artıb

Azər Türk Bankın aktivləri artıb

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2022-ci il tarixinə aktivləri 844,2 milyon manat səviyyəsində olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 130% çoxdur.

 

Bankın kredit portfelinin həcmi 297,6 milyon manat təşkil etmişdir. Depozit portfeli 266 milyon manat olmuşdur.

 

Azər Türk Bank ilin doqquz ayını 3 milyon manatdan artıq xalis mənfəətlə başa vurmuşdur.

 

Məcmu kapital 55,8 milyon manat olmuşdur.

 

Hesabat dövründə Azər Türk Banka aid aktiv ödəniş kartlarının sayı 88% artmışdır.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


OXŞAR XƏBƏRLƏR