Zaqatalada "Qadın Hüquqları ilə bağlı maarifləndirmə" tədbirlərinə başlanıldı - FOTO

Zaqatalada

“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Aqentliyinin maliyyə  dəstəyi ilə  keçirilən “2022-ci il kiçik qrant müsabiqəsi”nin qalibi olmuş və “Qadın Hüquqları ilə bağlı marifləndirmə” layihəsinin icrasına 01 sentyabr 2022-ci il tarixindən başlanılmış, layihənin icrası istiqamətində müvafiq tədbirlər görülmüşdür. 

 

Layihənin əsas məqsədi hədəf ərazilərdə  yaşayan  qadınlara  qadın hüquqlarını təblig etmək və gələcəkdə qadınların hüquqlarının tapdalanması hallarının azadılması istiqamətində iş aparmaqdır. Layihənin icra olunacağı 2 ay ərzində Zaqatala rayonunda 5 bələdiyyə ərazisində (Mazıx, Dağlı, Gözbarax, Lahıc, Yenqiyan bələdiyyələri) hər bələdiyyədə 1 sessiya olmaqla qadın hüquqlarının təbliği məqsədi ilə maarifləndirici tədbirlər həyata keçirilib. Layihədən hər görüşdə 30 nəfər olmaqla 150 nəfər birbaşa faydalandı. 

 

Layihədən birbaşa faydalananlar tədbirdə iştirak edənlərdi. Hər  yaş qruplarının seçilməsində məqsəd onların  həyatlarında bu maarifləndirici görüşlərin faydasından istifadə etmələridir. Dolayı yolla faydalananlar iştirak edənlərin  ailə üzvləri, həmyaşıdları, digər sakinlər və icma sahibləridir. Ümumi faydalananların sayı 150 nəfərdir.Dolayı yolla faydalananların sayı 700 nəfərdir

 

Kənd yerlərində qadınların (gənc qızların)  öz hüquqlarını bilməsi, özlərini müdafiə etməsinə daha cox ehtiyacı olduğundan bu layihədən faydalanması məqsədə uyğundur.


OXŞAR XƏBƏRLƏR