XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yaydı

XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yaydı

12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib.

 

XİN-dən Sfera.az-a bildirilib ki, bu qərar, hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur.

 

“Bununla belə, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən video görüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır. Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi video görüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib.

 

Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə, o cümlədən, bu günlərdə ikinci ildönümü anılan Gəncə kimi mülki əhalinin sıx yaşadığı şəhərlərə amansız raket zərbələrinin endirilməsinə, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda 1400-dən artıq yeni minaların yerləşdirilməsinə və digər qanunsuz əməllərə görə təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb.

 

Həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən, Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir.

 

Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır”, - qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...