Azərbaycanda əhali “yeyib-içməyə” nə qədər pul xərcləyib? - Rəsmi STATİSTİKA

Azərbaycanda əhali “yeyib-içməyə” nə qədər pul xərcləyib? - Rəsmi STATİSTİKA

Azərbaycanda xüsusi karantin rejiminin ləğv edilməsindən sonra ictimai iaşə xərclərində sürətli artım müşahidə edilir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində iaşə dövriyyəsi 44,8 faiz artaraq 1,067 milyard manatı ötüb. 


Ötən ilin eyni dövründə iaşə dövriyyəsinin həcmi 631 milyon manat idi. 


Əhali “yeyib-içməyə” ən çox pulu iyunda xərcləyib. İyunda xərc 147,5 milyon manat olmuşdu. İyul və avqustda da iaşə xərcləri yüksək olub.


2022-ci ildə iaşə dövriyyəsinin kəskin artmasına baxmayaraq, hələ də 2019-cu ildəki yüksək nəticəni təkrarlamaq mümkün olmayıb. 2019-cu ildə ilk 9 ayda iaşə dövriyyəsi 1,1 milyard manatı ötmüşdü. 


Bu il iaşə dövriyyəsinin daha yüksək olmasının qarşısını bahalaşma alıb. 2022-ci ildə bütün sahələrdə ciddi qiymət artımları qeydə alınıb. Belə vəziyyətdə əhali gündəlik xərclərini ödəyə bilmək üçün mümkün olduğu qədər zəruri olmayan xərcləri ixtisar edir. İaşə xərcləri də zəruri olmayan xərclər qrupuna daxil olduğundan burada gözlənilən səviyyədə artım baş vermədi. 


Bu il sərhədlərin bağlı olması səbəbindən xaricə turist səfərinə gedənlərin sayı da çox olmadı. Buna görə də, həmin insanların əksəriyyəti istirahət üçün daxili məkanlara üz tutdular. Lakin bu dəyişiklik də iaşə dövriyyəsinin 2019-cu ildəki səviyyəyə yüksəlməsinə kömək etmədi. Çünki qiymətlərin həddən çox artması əhalinin restoran, kafe və barlarda xərclənən vəsaitinə mənfi təsir göstərib. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...