FED-in qərarı qızıl bazarını da “vurdu”: “Azərbaycanlı investorlar çalışmalıdır ki…”

FED-in qərarı qızıl bazarını da “vurdu”: “Azərbaycanlı investorlar çalışmalıdır ki…”

“ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi artırmaqla bağlı qərarları qızıl bazarını da “vurub””.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirərən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb:

 

“Bir aylıq və eləcə də illik yekunlar da neqativdir. Son bir ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb. Qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır. Eyni zamanda, sözügedən qiymətli metal uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb. 2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb”.

 

Millət vəkilinin sözlərinə görə, qızıl yığımları dəyər itirsə də, dollara sərmayə investorlara gəlir gətirib:

 

“3.25 faizlik FED uçot dərəcəsi isə təbii ki, xarici investorlar üçün əlavə qazancdır. Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur. Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu, indiki halda yığımlarda gəlirliyi qorumağın yeganə yoludur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR