Neft Fondundan transfert kəskin AZALDILIB - SƏBƏB

Neft Fondundan transfert kəskin AZALDILIB - SƏBƏB

Bu il dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulandan xeyli çox olması Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən az istifadə edilməsinə imkan yaradıb. 


Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinə 8,083 milyard manatın köçürülməsi nəzərdə tutulmuşdu. Lakin büdcə gəlirlərinin xeyli artması ilə əlaqədar transfert məbləği 6,542 milyard manata endirilib. 


Neft Fondundan götürülən vəsait nəzərdə tutulandan 1,541 milyard manat və ya 19,1 faiz az olub.


Qeyd edək ki, az vəsaitin götürülməsi Neft Fondunun aktivlərinin artması üçün əsas yaradır. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR