2 573 tank, 1 325 PUA, 66 mindən çox... - Rusiyanın Ukraynadakı itkilərinin SİYAHISI

Dünya
10:51 / 21.10.2022
10593
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 66 750 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 573 tank, 5 258 zirehli maşın, 1 648 artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 189 hava hücumundan müdafiə sistemi, 269 təyyarə, 243 helikopter, 1 325 PUA, 329 qanadlı raket, 16 gəmi/qayıq, 4 006 avtomobil texnikası və avtosistern, 147 xüsusi texnikadan ibarətdir.