Dövlət büdcəsində PROFİSİT: 1,93 milyard manat xərclənməyən pul qalıb

Dövlət büdcəsində PROFİSİT: 1,93 milyard manat xərclənməyən pul qalıb

2022-ci ilin dövlət büdcəsində proqnozun əksinə olaraq kəsir yox, böyük profisit qeydə alınır. Bu ilin 9 ayı ərzində dövlət büdcəsinin mədaxili 22,401 milyard manat, xərcləri 20,471 milyard manat olub. Nəticədə büdcədə 1,931 milyard manat məbləğində vəsait artıqlığı (profisit) yaranıb.


Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, proqnoza görə, ilk 9 ayda büdcənin gəliri 21,983 milyard manat olmalıydı. Amma faktiki gəlir 418,6 milyon manat (1,9 faiz) çox icra edilib. Bu ilin büdcə gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,53 milyard manat və ya 25,3 faiz çoxdur.


Dövlət büdcəsinin gəlirlərinin proqnoza nisbətən çox olmasında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4,097 milyard manat və ya 64,5 faiz çox olmasıdır. 


Daxilolmaların bu dərəcədə artmasında səbəb neft sektoru üzrə vergi yığımlarının kəskin artmasıdır. Bu il neft sektoru üzrə vergi yığımları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 milyard manat və ya 2,6 dəfə çox artıb.


Bütövlükdə cari ilin doqquz ayında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən, artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb.


2022-ci ilin doqquz ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4,23 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1,034 milyard manat və ya 32,4 faiz çoxdur.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...