Binəli Yıldırım və digər rəsmilərin son durumu ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Binəli Yıldırım və digər rəsmilərin son durumu ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycanda səfərdə olarkən avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onlar mütəmadi həkim nəzarəti altındadırlar.

 

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə buraxılacaqları gözlənilir.


OXŞAR XƏBƏRLƏR