Bütün dünya dərman olduğunu düşünürdü - Həqiqət 33 ildən sonra üzə çıxdı

Bütün dünya dərman olduğunu düşünürdü - Həqiqət 33 ildən sonra üzə çıxdı

1918-1928-ci illər arasında enerji gətirən və cavanlaşdıran həblər çox yayılmışdı.
 

“Raditor” da o dövrdə ən çox istifadə edilən dərmanlardan biri idi. ABŞ-ın Nyu-Cersi ştatındakı “Bailey's Radium Laboratories” şirkəti Raditoru bazara çıxararkən enerji içkisi kimi təqdim etmişdi. 20-ci əsrin əvvəllərində radiumun gücü yeni kəşf edilirdi. Bu maddənin xüsusi parıltı yaydığı müəyyən edildikdən sonra bir çox sahədə tətbiq edilməyə başladı. Heç kimin onun zərərlərindən xəbəri yox idi, yalnız onun yaydığı işığa diqqət yetirirdi.

Sfera.az xəbər verir ki, Marie Curie tərəfindən tapılan bu maddə qısa müddətdə ABŞ-da hər sahədə istifadə olunmağa başladı. Xüsusilə, rəngli hərflərlə yazılmış və gecələr görünən qol saatlarının satışı rekord həddə çatırdı.
 

İş o yerə çatdı ki, 1911-ci ildə İngiltərənin paytaxtı Londonda “Carradium Hair Restorer” adlı məhsul satışa çıxarıldı. Saçları düzləşdirən, parlaqlıq verən, canlandıran məhsul olduğuna dair reklamlar verilirdi və məhsul getdikcə populyarlaşırdı.

 

“Cavendish Radium” brendi təkcə saça qulluq məhsulları istehsal etməyib. Geniş çeşiddə məhsullara sahib olan şirkət, həmçinin radium kimi zəhərli maddədən diş pastaları, dəriyə qulluq kremləri, ətirlər istehsal edib. Təmas və ya inhalyasiya yolu ilə güclü təsir göstərməsə də, zəhərin qəbulu və ya qan dövranına yeridilməsi çox pis fəsadlara gətirib çıxara bilər. Əslində belə də oldu…
 

Eben Byers çox istedadlı həvəskar qolfçu idi. Onun əsas məşğuliyyəti sənayeçi idi. İdmançı olduğu üçün adi həyat tərzi keçirənlərdən daha çox orqanizmini gücləndirmək, formada olmaq kimi problemlər yaşayırdı. Ancaq faydalı və möcüzəvi olduğuna inanılan radium gələcəkdə onun ölümü olacaqdı.

 

Byersin ölümü ilə bir pərdə bağlanacaq və dünya onun "dərman” deyil, zəhər istifadə etdiyini görəcəkdi. Bəs Byersin başına nələr gəldi?



1927-ci ildə idman yarışında yaralanan 47 yaşlı Byers ağrılarını dindirmək üçün həkimə müraciət edir. Qarşısındakı həkim ona tez sağalmaq və ağrıları effektiv şəkildə aradan qaldırmaq üçün “Raditor”dan istifadə etməyi məsləhət görür. İlk istifadə etdiyi andan özünü çox yaxşı hiss edən Byers dərmanı uzun illər istifadə etməyə davam edir. Əvvəlcə bu dərmandan gündə 1 şüşə istifadə etdi, sonra bu doza gündə 3 şüşəyə qədər artırdı. Narkotika asılılığı olan Byers 1931-ci ilə qədər bu dərmanı ardıcıl 4 il istifadə edib. Ümumilikdə o, 1400-dən şüşədən çox “Raditor” istifadə etmişdir. Daxili orqanları parçalanan, bədənindəki bütün sinirləri əriyən, hətta sümükləri qırılan Bayersin xilası üçün bütün həkimlər səfərbər olur.
 

Bir ilə yaxın intensiv müalicə alan Byersin öz çənəsi radiumdan əriyir əvəzində ona protez çənə taxılır. Amma onun daxili orqanları da ciddi zədələnmişdi. Hətta bədənində dəliklər olan Byers bütün cəhdlərə baxmayaraq, 31 mart 1932-ci ildə çoxsaylı orqan çatışmazlığından vəfat edir.

 

Bu hadisədən sonra şirkət bağlanır. Lakin dərman bütün dünyada zərərli sayılsa da, müxtəlif adlar altında satılmağa davam edir. Byersin cəsədi də karantin zonasında qurğuşun tabutunda basdırılır.
 

ABŞ-ın Boston Massaçusets Texnologiya İnstitutunun (MIT) nüvə fizikası professoru Robley D. Evans 33 il sonra cəsədini eksqumasiya edərkən, Byersin bədənindəki ümumi radium səviyyəsinin təxminən 1000 μCi (37 MBq) olduğunu hesablamışdı. Bu isə bir insanın qəbul edə biləcəyi normadan dəfələrlə artıq idi.
Byersin ölüm səbəbi o dövrün terminologiyası ilə "radiasiya zəhərlənməsi" adlandırıldı. Lakin bu artıq “Kəskin radiasiya sindromu” deyil, xərçəng idi. "Raditor" bu ağır ölümə görə məsuliyyət daşıyırdı. Byersdən sonra radium üzərində araşdırmalar artdı və nəticədə “88” adlanan elementin əsl “siması üzə çıxdı”. Raditor da bir daha istifadə olunmamaq şərtilə tarixin tozlu səhifələrində basdırıldı.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...