Tərtərdə "Pirus" iki avtomobillə toqquşdu - Yaralılar var

Tərtərdə

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az report-a istinadən xəbər verir ki,hadisə rayon ərazisində qeydə alınıb.

 

Belə ki, "Kia" və "Pirus" markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.

 

Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR