Yunanıstan Türkiyə və Azərbaycan vətəndaşlarına Kiprə getməyi QADAĞAN EDİR

Yunanıstan Türkiyə və Azərbaycan vətəndaşlarına Kiprə getməyi QADAĞAN EDİR

“Yunanıstan qeyri - rəsmi olaraq yalnız Türkiyə və Azərbaycan vətəndaşlarına yunan Kiprinə getməyi qadağan edir?! Hətta bizim Şengen vizamız olduğu təqdirdə belə əlavə olaraq yunan Kiprinin ayrıca vizası tələb edilir. Absurddur, amma acı reallıqdır”.    

                                                                          
Sfera.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədli deyib.


“Okytabrın 19-da mən Avropa Mətbuat Şuraları Alyansının (AIPCE) yunan Kiprində keçirilən illik toplantısına qatılmaq üçün bu ölkəyə səfər etdim. Postpandemiya və Rusiya-Ukrayna müharibəsi fonunda, min bir əziyyətlə və çox baha qiymətlərlə uçaq biletlərini əldə edib yola düşdüm. Birbaşa olmadığına görə, digər ölkə üzərindən Afinaya gəldim. Oradan yunan Kiprinə söylədiyim səbəb üzündən buraxılmadım. 


Afina hava limanında 5 saatlıq mücadiləm də müsbət nəticə vermədi. Məsələyə məni dəvət edən tərəfin, Avropa Mətbuat Şuralarının müdaxilə etməsinin də xeyri olmadı. Durumumu düşünün. 4 günlük tədbirə gediş-dönüş uçaq biletlərim alınıb, hotel rezervasiya edilib. Mən kor-peşiman geri dönməliyəm. Allah bunu heç düşmənimə də... Yox yunan qarışıq kiprlilərə qismət eləsin, düşməndilər ki, düşmən. Yazdım ki, ora səfər edənlər nəzərə alsın, biməyənlər bilsin”, - Y. Məmmədli deyib.

Turan Rzayev,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...