Operativ Qərargah MƏLUMAT YAYDI: "Son sutkada..."

Cəmiyyət
16:52 / 20.10.2022
7268
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 384 nəfərdir.
Ölkədə son sutka ərzində 2 984, hazırkı dövrədək isə 7 299 324 test aparılıb.