Vidadi Ələkbərov vəzifəsindən AZAD EDİLDİ

Cəmiyyət
15:14 / 20.10.2022
7377
Gədəbəy Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərov vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Orxan Mürsəlov əmr imzalayıb.
Başçının digər əmri ilə, Vidadi Ələkbərov Slavyanka kəndinə icra nümayəndəsi təyinat alıb.
Qeyd edək ki, Orxan Mürsəlov avqust ayının 11-də Gədəbəy rayonuna icra başçısı təyin olunub.