“Kiyevin yeganə şərti...” -  Ukrayna ordusunun amerikalı məsləhətçisi

“Kiyevin yeganə şərti...” -  Ukrayna ordusunun amerikalı məsləhətçisi

Rəsmi Kiyev 2014-cü ildən bəri itirdiyi bütün torpaqları Ruisyadan geri almaq istəyir.

 

Sfera.az bildirir ki, bunu Ukrayna ordusunun amerikalı məsləhətçisi Dan Rays deyib. “CNN Intarnational” açıqlama verən Rays qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqlardan imtina edəcək:

 

“Ukrayna həmçinin Sovet İttifaqının dağıldığı 1991-ci ildəki sərhədlərinə qayıtmaqda israr edəcək. Başqa sözlə, mümkün danışıqlarda Ukraynanın yeganə şərti bu sərhədlərə qayıtmaq olacaq”.

 

Xatırladaq ki, Rusiya son həftələrdə işğal etdiyi Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərini rəsmən ilhaq edib. Ötən gün Putin bu bölgələrdə hərbi vəziyyət elan edərək müharibənin davam edəcəyi siqnalını verib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR