Paşinyan və 40 müşahidəçi – Ermənistan sülh prosesini necə tormozlamaq istəyir?

Paşinyan və 40 müşahidəçi – Ermənistan sülh prosesini necə tormozlamaq istəyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bir sıra məqamlara toxunub. “Sputnik Armenia”nın məlumatına görə, Paşinyan bildirib ki, ehtiyac yarandığı təqdirdə Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər.

 

Paşinyan əlavə edib ki, monitorinq missiyasının işinin təşkil olunması üçün qrup artıq Ermənistandadır və yaxın zamanda 40 nəfərdən ibarət müşahidəçi qrupu 2 aylıq müddətə monitorinq aparmaq üçün gələcək.

 

Onun sözlərinə görə, Aİ monitorinq missiyasının müddətinin uzadılması və ya müddətsiz edilməsi təklifləri səsləndirilir: “Missiyanın müddətinin uzadılması məsələsində özüm də əmin deyiləm, lakin ehtiyac olarsa, bu məsələnin müzakirə olunacağı istisna deyil”.

 

Mövzu barədə Sfera.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Aİ-nin 40 nəfərlik müşahidəçi qrupunun bu gün üçün hər hansı bir hüquqi əsası yoxdur.

 

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasında münaqişənin tənzimlənməsində Aİ-nin özü vasitəçi olmağa çalışır, amma son nəticədə əsas məsuliyyət və iş tərəflərin üzərinə düşür:

 

“Aydın məsələdir ki, Ermənistan indiki halda sülh danışıqları prosesini uzatmağa çalışır. Bu, bütün dünyaya məlumdur. Lakin bu gün beynəlxalq ictimaiyyətdə ikili standartlar deyə bir anlayış var. Yəni beynəlxalq siyasətdə Azərbaycana qarşı ikili standartlardan istifadə edirlər. Aİ, xüsusilə də Aİ-nin əsas lokomotivlərindən hesab edilən Fransa bu standartlardan detallı şəkildə istifadə edir. Aİ-nin göndərdiyi 40 nəfərlik müşahidəçi qrup sərhəddə istər 2 ay, istərsə də daha çox qalsın, Azərbaycanla bağlı hansısa nəticə əldə etməyəcəklər. Çünki atəşkəs Ermənistan tərəfindən pozulub və Azərbaycan da haqlı olaraq bu duruma qarşılıq verməlidir. Belə olan halda Aİ-nin müşahidəçi qrupunun sərhəddə gəlməsinin nəticəsiz olacağı əvvəldən məlum idi”.

 

S.Hümbətov qeyd edib ki, sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni edən Paşinyan hakimiyyəti hələ də anlaya bilmir ki, Aİ-nin monitorinq qrupunun sərhəddə olmasının onlara ciddi faydası olmayacaq:

 

“Son nəticədə Azərbaycanın fikri və rəyi nəzərə alınmadan hansısa bir qərar qəbul edilməyəcək. Azərbaycan Qarabağdan vaz keçmir, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı tələb etdiyimiz xəritələr ortaya qoyulmazsa, nəticələrin əldə edilməsi qeyri-mümkündür. Hesab edirəm ki, Paşinyanın bu cür açıqlamalar verməsinə ciddi yanaşmaq lazım deyil, çünki zaman-zaman görmüşük ki, o, bu gün verdiyi açıqlamasını sabah təkzib edib. Aİ-nin monitorinq missiyasi sərhəddə uzun müddət qalsa da, Azərbaycan əleyhinə hansısa addım atıla bilməz. Çünki Azərbaycan Qarabağ savaşında zəfər çalmış ölkədir və reallıq bunu tələb edir ki, dövətimiz bu gün öz şərtlərini diqtə etsin. Bu baxımdan hansısa müşahidəçi qrupunun sərhədə nə məqsədlə gəlməsindən asılı olmayaraq nəticə Azərbaycanın istədiyi kimi olacaq”.

 

Yeganə

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...