Azərbaycan və Türkiyə prezidentləri Zəngilan aeroportunun açılışında iştirak etdi - FOTO

Siyasət
13:17 / 20.10.2022
10077
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.