Ərdoğan Azərbaycana gəldi - VİDEO + YENİLƏNDİ

Siyasət
12:51 / 20.10.2022
15849
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
***
11:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Sfera.az xəbər verir ki, Türkiyə lideri bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.
Xatırladaq ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.