Xalq artistinin əməliyyatı üçün 254 min AZN lazımdır: "Ümidim sizədir" - FOTO

Xalq artistinin əməliyyatı üçün 254 min AZN lazımdır:

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevada şiş aşkarlanıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. Xasıyevanın sözlərinə görə, o, təcili əməliyyat olunmalıdır. Lakin ifaçının əməliyyatı üçün tələb olunan vəsait çox olduğundan onun buna maddi imkanı çatmır:

 

"22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm, dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! Vəsait yığılıb, sağ-salamat qayıtsam, Allahın izni ilə 2 gün Heydər Əliyev sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcəm".

 

BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Daha bir Avropa ölkəsi NATO üzvlüyü istəyir

Ölkənin neytrallıqdan imtina etməsi və NATO-ya mümkün qəbulu ilə bağlı ictimai müzakirələrə açığam.   Sfera.az xəbər verir ki, bunu Avstriyanın xaric...

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...