Tarixin ən azğın və amansız Kraliçası - Ona niyə “Qudurmuş” ləqəbi verilmişdi?

Tarixin ən azğın və amansız Kraliçası - Ona niyə “Qudurmuş” ləqəbi verilmişdi?

18-ci əsrə qədər yer üzünün “insan ayağı dəyməyən” cənnəti hesab olunan Madaqaskar həmin dövrdə artıq bütün Avropanın torpaq iddiası etdiyi ölkəyə çevrilmişdi.

I Ranavalona 18-ci əsrdı ölkənin ilk qadın hökmdarı idi.

Sfera.az bu yazıda oxuculara tarixin ən qanlı hökmdarlarından biri, “vəhşi” adını almış qadın Kraliça haqqında yazı təqdim edir.


Qatı anti-Avropaçı olan Kraliça öz ölkəsi və xalqının mənafeyi naminə onları öldürməkdən belə çəkinməmişdi. Amansız və misligörünməmiş qəddarlığı ilə tarixə keçmiş I Ranavalonanın vəhşiliyi nəticəsində ölkə əhalisinin nüfuzu 5 milyondan 2,5 milyona düşmüşdü.


Ramavo adlı qız 1788-ci ildə Madaqaskarda tacir ailəsində anadan olub. Bu qız atasının gələcək kral Andrianampoinimerinanı öldürmək planından xəbər tutanda ağasına xəbər verir. Həyatını xilas etdiyi üçün Andrianampoinimerina Ramavonu öz qızı kimi övladlığa götürür. Bundan əlavə o, oğlu Radama ilə onu evləndirir.

Açıklama yok.


Radama kralın on iki həyat yoldaşının ilk oğlu idi. Taxt-taca varis də məhz Radama idi.
Ancaq Kral Radama və Ranavalonanın övladı olmadı. Krallıq ənənəsi Madaqaskarda da varislik yolu ilə keçirdi. Lakin Kral Radama sifilisdən öldükdən sonra Ranavalona onun yerinə taxta keçməyi bacardı.
 

Taxtın qanuni varisi Radamanın qardaşı oğlu şahzadə Rakotobe idi. Rakotobe üçün ən ağıllı şey Ranavalonu öldürmək olardı və o bunu bilirdi.
Lakin xristian missionerlərinin Madaqaskara girməsinə icazə verməsi Kral Radamaya çoxlu düşmənlər qazandırmışdı və insanlar Rakotobenin də əmisinin yolunu gedəcəyindən qorxurdular. Bir çox saray xadimləri də xalqla bərabər Ranavalona inanırdı və kralın ölümündən bir neçə gün sonra sarayı saxlamaq üçün kifayət qədər hərbçi toplaya bilmişdilər.

 

Odur ki, Rakotobe tərəfdaşları onun hüququnu müdafiə etmək üçün saraya gələndə onlar seçim qarşısında qaldılar: ya Ranavalonanı kraliça kimi qəbul etməli, ya da nəticələri ilə üzləşmək məcburiyyətində qalmalı idilər.
 

Kraliça Madaqaskarın inkişafı naminə keçmiş islahatları ləğv etmiş və Avropa ilə bütün müqavilələri pozmuşdu.
Ölkəsini avropalılardan xilas edən Kraliça işğalçı ordunun hamısının başını kəsmiş və gəlmək istəyənlərə “görk olsun” deyə kəllələri nizələrə taxıb çimərliklərə düzmüşdü.
 

Əhalinin din dəyişdirməsinə qarşı tədbir görmək üçün ölkədə bütün xristiyan kitablarını qadağan etmiş, kilsə xidmətləri və ayinlərini də ölkə hüdudlarında ləğv etmişdi.

Açıklama yok.

Öz xalqına qarşı da mənafeləri naminə acımayan Kraliça Xristian dinindən dönməyənləri qayalıqlardan sallandırmaqla hər kəsin gözü önündə edam etdirmişdi.
 

“Tangena ordeal”ı (cinayətkarlara 3 zəhərli toyuq dərisi yedirtməklə ölüm hökmü tətbiq edilirdi) adlanan mühakimə üsulu ilə yüzminlərlə insanın ölümü Madaqaskar əhalisinin sayını 5 milyondan 2,5 milyona salmışdı.


(Kraliçanın davranışları getdikcə qeyri-adekvatlaşmağa başladıqda bir qadınla tutduğu sevgililərindən birini də zəhərli dəri yeməyə məcbur etmişdi. O bundan imtina etdikdə isə, boynunu vurdurmuşdu).
 

Əslində, ​​mənbələrə görə Ranavalonanın qanuni varisi olan Rakoto adlı bir oğlu var idi. Rakoto anasının siyasətini qəbul etməmişdi və ona qarşı müxtəlif sui-qəsdlərdə iştirak etmişdi. Bu sui-qəsdlərin heç biri uğurlu olmamışdı. 1861-ci ildə Kraliça vəfat etdikdən sonra hakimiyyətə Rakoto keçmişdi.
 

Tarixi mənbələrdə Kraliça “dəli”, “qudurmuş” adı alsa da, amansız göstərilsə də, bəzi tarixçilərə görə Ranavalo əslində yaxşı siyasətçi və lider idi. O, ölkəsinin mədəni irsini qorumaq üçün əlindən gələni etmişdi. Ölkəsini adanın sərvətlərini istismar etmək istəyən xarici dövlətlərə qarşı müdafiə etmiş və ərazisini demək olar ki, bütün Madaqaskarı əhatə edəcək şəkildə genişləndirmişdi.
 

Zaman keçdikcə Ranavalonanın hərəkətləri qeyri-adekvat, qeyri-stabil olmağa başlamışdı. Buna görə hətta ən yaxın adamları belə ondan ehtiyat edirdilər. Ağıla gəlməyəcək amansızlıqlara əl atan Kraliça bir vaxtdan sonra gecə yuxusuna girən təbəələrini belə səhər duran kimi edam etdirirdi.
Otağına mühüm dövlət məsələlərini həll etmək üçün gələnlər təsadüfən ona toxunsa belə, dərhal edam edilirdi.
 

Tarixi qaynaqların bəzilərində ən qanlı və ən vulqar Tiran adını almış, yüz minlərlə insanın ölümünə bais olmuş Ranavalonanın öldürdükləri azlıq edirmiş kimi, dəfn mərasimi də insanların ölümünə səbəb olmuşdu. Mərasim zamanı barıt lüləsi təsadüfən atəşə tutulub və nəticədə baş verən partlayış bir neçə dəfn mərasimi iştirakçısını, kraliçanın hakimiyyətinə sadiq insanların bir neçəsini öldürüb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...