İşıqdan 7 dəfə sürətli hərəkət edən cismin sirri açıldı - Qeyri-mümkün idi

İşıqdan 7 dəfə sürətli hərəkət edən cismin sirri açıldı - Qeyri-mümkün idi

Alimlər işıqdan 7 dəfə daha sürətli səyahət edərək fizika qanunlarını pozan material axınının sirrini açıblar.
 

Sfera.az xəbər verir ki, iki neytron ulduzun toqquşması nəticəsində yaranan bu axın ilk dəfə 2017-ci ildə Hubble Kosmik Teleskopu tərəfindən aşkar edilib.
 

Mövcud fizika qanunlarına görə heç bir cismin işıqdan daha sürətli hərəkət etməsi mümkün olmadığı üçün NASA tədqiqatçıları 5 il ərzində bu sirri açmağa çalışıblar.
 

Bu qəribə hadisəyə 70 rəsədxananın mütəxəssisləri birlikdə araşdırmanın sonunda aydınlıq gətirib.


“Nature” elmi jurnalında dərc olunan məqalədə bunun optik illüziyadan qaynaqlandığı bildirilib.


NASA-ya görə isə bu material axını Yerə demək olar ki, işıq sürəti ilə yaxınlaşır. Material axınının başlanğıc nöqtəsindən sonra pillələrdə yayılan işıq da hər dəfə daha qısa məsafəyə malikdir. Bu ilk baxışda onun işıqdan daha sürətli hərəkət etdiyi kimi görünür.


Əlavə hesablamalarla tədqiqatçılar material axınının faktiki sürətini də tapa biliblər.


Kosmik cismin əslində işıq sürətinin ən azı 99,97 %-i ilə hərəkət etdiyi məlum olub. Araşdırma qrupunun gəldiyi qənaətə görə bu hələ də inanılmaz sürətdir.



Tədqiqatlar nəticəsində həmçinin iki neytron ulduzun kütlələrinin birləşməsinin son dərəcə sıx bir obyekt əmələ gətirdiyi də məlum olub.



Müvafiq olaraq sözügedən obyekt öz içinə çökərək qara dəliyə çevrilərək ətrafdakı materialı sürətlə fırlanan diskə çevirir. Diskin formalaşması zamanı cismin qütb bölgələrindən kosmosa sürətli material axınları atılıb.



İndiyə qədər ən güclü teleskop kimi tanınan James Webb Kosmos Teleskopunun gələcəkdə neytron ulduzlarının birləşmələri ilə bağlı daha dəqiq müşahidələr aparacağı gözlənilir.



Araşdırma qrupu həmçinin bu tapıntılar sayəsində kainatın genişlənmə sürətinin daha yüksək dəqiqliklə hesablana biləcəyini düşünür.

 

Aynil

 

Açıklama yok. Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...