Bolqarıstan Eurovision 2023-dən imtina etdi - Pul yoxdur

Bolqarıstan Eurovision 2023-dən imtina etdi - Pul yoxdur

Bolqarıstan maliyyə çatışmazlığı səbəbindən 2023-cü ildə “Eurovision” da iştirak etməkdən imtina edib.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə hökumət portalı məlumat yayıb.


Xatırladaq ki, müsabiqədə iştirakla bağlı qərarı dövlət telekanalının idarə heyəti qəbul edir; iştirak haqqını dövlətlərin yayım şirkətləri ödəyir.


Bolqarıstan telekanalının verdiyi hesabatda büdcəsinin bu il 2 milyon leva (1 milyon dollar) azaldıldığı, xərclərin isə üç dəfə artdığı bildirilir. Buna görə də imtinanın səbəbinin sırf maliyyə xarakterli olduğu bildirilir.


Bolqarıstan dövlət telekanalının idarə heyəti müsabiqədə iştirakını yersiz hesab edib.


Qeyd edək ki, bir sıra iştirakçıların imtina səbəbindən müsabiqədə iştirak haqqı artıb. Monteneqro, Bosniya və Herseqovina, Andorra, Şimali Makedoniya, Slovakiya, Monako və Lüksemburq “Eurovision” yarışmasında iştirakdan imtina edib.


Ukrayna münaqişəsinə görə isə Rusiya və Belarusun iştirakına icazə verilmir.


Xatırladaq ki, iyul ayında BBC-nin Böyük Britaniyada “Eurovision”a ev sahibliyi etmək üçün 17 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Daha bir Avropa ölkəsi NATO üzvlüyü istəyir

Ölkənin neytrallıqdan imtina etməsi və NATO-ya mümkün qəbulu ilə bağlı ictimai müzakirələrə açığam.   Sfera.az xəbər verir ki, bunu Avstriyanın xaric...

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...