Azərbaycan neftinin qiyməti bahalaşıb
Cəmiyyət
09:35 / 20.09.2016
1585
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və yaxud 1,60% artıb.
Sfera.az-ın məlumatına görə, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 47,73 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.