"Cəsur döyüşçü" medallı Raul Muşarapovun toyu oldu - VİDEO

Cəmiyyət
14:33 / 19.10.2022
6737
Ötən gün 44 günlük Vətən müharibəsi iştirakçısı Raul Muşarapovun toyu olub.
Sfera.az xəbər verir ki, "Cəsur döyüşçü" medalı ilə təltif olunan igidimizin şad günü paytaxt restoranlarından birində baş tutub. Raul sevib-seçdiyi xanımla ailə həyatı qurub.
Raul Muşarapov eyni zamanda Xəzər Media Mərkəzinin əməkdaşıdır. Onun şad günündə Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşov da iştirak edib.
O, toyda çıxış edərək evlənən cütlüyə xoşbəxtlik və ailə səadəti arzu edib.
Raul Muşarapovun toyundan olan görüntüləri təqdim edirik:
BAKU.WS