Aeroport yolunda ağır qəza, ÖLƏN VAR - FOTO

Cəmiyyət
14:09 / 19.10.2022
7811
Bu gün saat 12 radələrində Bakıda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, aeroport yolu kimi tanınan şossedə “Baku Elektronics” şirkətinə məxsus yük avtomobili digər bir özəl şirkətə aid “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü, Zahir adlı şəxs aldığı xəsarətlərdən vəfat edib.
Hadisədən sonra yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo