Finlandiya Rusiya sərhədinə hasar çəkir - Layihə hazırlanır

Dünya
12:34 / 19.10.2022
7593
Finlandiya parlamenti Rusiya sərhədi boyunca məftil hasarın çəkilməsi təklifini dəstəkləyib.
Sfera.az xəbər verir ki, Finlandiyanın Baş naziri Sanna Marin 4 il müddətində çəkiləcək hasarı müzakirə etmək üçün iclas keçirib.
Görüşdən sonra mətbuata açıqlama verən Marin hökumətin bu payızda əlavə büdcə ilə layihəni qaldıracağını bildirib. O qeyd edib ki, ilk il üçün ayrılacaq vəsait 140 milyon avro (138 milyon ABŞ dolları) olacaq.
Xatırladaq ki, Finlandiyanın Rusiya ilə təxminən 1300 kilometr quru sərhədi var və çəkiləcək hasarın uzunluğu təxminən 300 kilometr olacaq.
Turan Rzayev,
Sfera.az