Bu qidaları yesəniz stresdən uzaq və xoşbəxt olacaqsınız

Stressli vəziyyətlərdə hormonal tarazlığı tənzimləməyə kömək edərək zehnimizə və psixologiyamıza müsbət təsir edən qidalardan dəstək almaq daha faydalı ola bilər.
Sfera.az sizi sakitləşdirə bilən 8 qidanı tədim edir:
Sağlam qidalar və düzgün hazırlanmış qidalanma proqramı ilə stressinizi azalda, narahatlığınızı aradan qaldıra bilərsiniz. Bu qidalar xoşbəxtlik və həzzlə əlaqəli endorfin, serotonin və dopamin hormonlarını aktivləşdirir.
1- Avokado
Fol turşusu beyin funksiyalarının qorunmasında son dərəcə mühüm rol oynayır. Bundan əlavə, B12 və B6 vitaminləri və fol turşusu da koqnitiv performansa və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Digər meyvələrdən daha çox fol turşusu ehtiva edən avokadonun yalnız dörddə biri çox yüksək səviyyədə B qrupu vitaminləri ehtiva edir. Buna görə də avakado stressə qarşı ən təsirli meyvələrdən biridir.
2- Qaragilə
Qaragilə C vitamini, flavonoidlər və polifenollarla zəngindir. Bu antioksidantlar beynin “xoş hiss edən” kimyəvi maddə olan serotonini ifraz etməsi üçün lazım olan triptofanın parçalanmasını azaldır və qan dövranını yaxşılaşdırmağa və yaddaşı yaxşılaşdırmağa kömək edir. Beləliklə, ümumi sağlamlığı yaxşılaşdırırlar. Qaragilənin tərkibindəki C vitamini stressin öhdəsindən gəlməyə də kömək edir.
3- Banan
Bananın tərkibindəki triptofan amin turşusu sayəsində xoşbəxtliklə əlaqəli olan neyrotransmitter serotoninin ifrazını dəstəkləyir. Serotonin yuxu, iştah və impuls mexanizmini tənzimləyir. Artan serotonin səviyyəsi yaxşı əhval-ruhiyyəni təmin edərək stresin öhdəsindən gəlməyə kömək edir.
4- Badam və fındıq
Badam, fındıq, fıstıq kimi triptofanla zəngin olduğu bilinən çərəzlərin qəbulu da stressi azaltmaqda təsirli olur və narahatlığın aradan qaldırılmasına töhfə verir. Serotonin sayəsində beyinə və bədənin digər hissələrinə insanın özünü yaxşı hiss etdiyinə dair siqnallar göndərilir
5 - Qulançar
Gündəlik ehtiyacımız olan fol turşusunun az qala üçdə ikisini qarşılayan qulançar zehni stressə qarşı qoruyucu rol oynayır. Bir çox araşdırma fol turşusunun depressiyanın müalicəsində təsirli olduğunu göstərmişdir. Edilən bir çox araşdırmada; Depressiya, bipolyar pozğunluq və koqnitiv disfunksiya olan xəstələrdə qanda fol turşusu səviyyəsinin də aşağı olduğu bildirilmişdir.
6 - Çobanyastığı
Sakitləşdirici təsiri sayəsində çobanyastığı narahatlıq problemlərində təsirli olur. Eyni zamanda, spazmolitik və iltihab əleyhinə xüsusiyyətləri ilə insanın günün stresindən qurtulmasına, rahatlamasına kömək edir. Stressin ilk əlamətlərindən biri "yuxusuzluq" kimi tanınır. Sakitləşdirici xüsusiyyətə malik olduğu üçün yuxusuzluq problemi olan insanların gecə yatmazdan əvvəl bir stəkan çobanyastığı çayı içməsi uyğundur.
7 - Yer alması
Yer alması bağırsaqlarda yaşayan faydalı dost bakteriyaların böyüməsini təşviq edən yaxşı bir prebiyotik mənbəyidir.
Xüsusilə depressiya ilə pis bağırsaq florası arasında ciddi əlaqə var. Bağırsaq bakteriyalarının tarazlığı dəyişdikdə, yəni zərərli bakteriyaların sayı artdıqda və ya bakteriya müxtəlifliyi azaldıqda, təkcə beyindəki kimyəvi maddələrin səviyyəsi dəyişmir, həm də davranışda əhəmiyyətli dəyişikliklər və stressə meyl arta bilir.
8 - Yulaf
Yulaf tərkibindəki B6 vitamini sayəsində orqanizmin həzz-xoşbəxtlik mexanizmini işə salan serotoninin ifrazını asanlaşdırır. Səhər yeməyində bananlı yulaf sıyığı qəbul etmək stressi azaltmağa kömək edə bilər.
Gülər