Mayk Tayson ilk dəfə qulaq dişləməsi haqqında danışdı - 30 milyon dollar qazandım

Mayk Tayson ilk dəfə qulaq dişləməsi haqqında danışdı - 30 milyon dollar qazandım

Boks dünyasının əfsanəsi Mayk Tayson 1997-ci ildə rinqdə qarşılaşdığı Evander Holifildin qulağını dişləməsi ilə bağlı ilk dəfə hər kəsi təəccübləndirəcək açıqlamalar verib.


Sfera.az “dəmir” Maykın qalmaqala səbəb olmuş, illərdir ən çox danışılan hərəkətləri haqqında məlumatlar toplayıb.


28 iyun 1997-ci ildə boks dünyasının əfsanəsi Mayk Tayson dünya gündəmini çalxalamışdı. Mayk öz rəqibi Evander Holifildin qulağını dişləyən qalmaqallı hərəkətə imza atmışdı. İllər sonra Tayson hadisə ilə bağlı çox təəccüblü açıqlamalar verib.

BOKSDAN ƏLİL

Mayk Tayson WBA ağır çəkidə çempionluq üzrə rəqibi Evander Holifildin qulağını qopardıqdan sonra diskvalifikasiya edilmiş və gələcəkdə ona boksla məşğul olmaq qadağan edilmişdir. Lakin sonradan əfsanəvi boksçunun rinqə qayıtmasına icazə verildi.

3 milyon dollar cərimə
 

Mayk Tayson hadisədən sonra üzləşdiyi sanksiyalardan əlavə, 3 milyon dollar cərimə olunub. Bununla belə, Tayson hadisələr sayəsində sərvət qazandığını bildirib.
 

Tayson bu hadisənin ona 30 milyon dollar qazandırdığını söyləyərək, bu sözləri deyib:

 

"Bunun üçün üç milyon dollar cərimə olundum, bəlkə də o vaxtdan bəri 30 milyon dollar qazanmışam".
 

Əfsanəvi boksçu əlavə edib ki, qarşılaşma zamanı Holifildin davamlı baş zərbələrindən əsəbiləşib və buna görə də o bu addımı atmaq məcburiyyətində qalıb.
 

Ötən aylarda Mayami Beynəlxalq Hava Limanında əlil arabasında görüntülənən Mayk Tayson pərəstişkarlarını qorxutmuşdu.
 

Daha sonra əfsanəvi boksçu Sciatica adlı xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.
 

Qeyd edək ki, Sciatica əzələ zəifliyi və ya daralması, intervertebral disklərin zədələnməsi ilə müşaiyət olunan sinir qıcıqlanmasıdır.

 

Adətən ekən yaşlarından ağır fiziki işlərlə məşğul olan, yaxud çox az hərəkət edən insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...