Məşhur Hollywood aktyorunun cinsi təcavüz iddiası yenidən gündəmdə

“House of Cards” serialı ilə daha da məşhurlaşan dünya şöhrətli aktyor Kevin Spacey cinsi təcavüz iddiası ilə yenidən məhkəmə qarşısına çıxıb. Amerikalı teatr və kino aktyoru Kevin Spacey onilliklər əvvələ aid cinsi təcavüz ittihamı ilə ona qarşı açılan iddiaya görə Nyu York məhkəməsinə qaytarılıb
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, cinsi təcavüz ittihamı ilə "House of Cards" serialını tərk etmək məcburiyyətində qalan Hollivud ulduzu 14 yaşında ona "cinsi istismar" etdiyini iddia edən ABŞ aktyoru Entoni Rappın mülki iddia qaldırdığı məhkəmədə ifadə verib.
Məhkəmə qarşısında jurnalist izdihamı ilə qarşılaşan Spacey mətbuat mənsublarının suallarını cavablandırmayıb. Dünən keçirilən məhkəmə iclasında Spacey daha əvvəl “Twitter”də Rappın iddialarına cavab vermiş, xatırlamadığı halda üzr istəməsinin səhv olduğunu bildirmiş və "etmədiyi bir şey üçün üzr istəməkdən peşman olduğunu" ifadə etmişdi. Bütün ittihamları rədd edən 63 yaşlı aktyorun məhkəməsi davam edir.
Qeyd edək ki, hazırda "Ulduz yolu: Kəşf" filmində rol alan 51 yaşlı Rapp 1980-ci illərdə Spacey tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.
Özünə qarşı cinsi təcavüz ittihamlarını dəfələrlə rədd edən Spacey “Twitter”də Rappın iddiasına cavab verərək, hadisəni xatırlamadığını və "son dərəcə uyğun olmayan sərxoş davranışına" görə üzr istədiyini ifadə etmişdi.
Spacey daha əvvəl 2005-2013-cü illər arasında İngiltərədə üç kişiyə qarşı cinsi təcavüz ittihamlarını da rədd etmişdi və 2019-cu ildə Massaçusets məhkəməsi ona qarşı irəli sürülən uyğun olmayan davranış və cinsi təcavüz ittihamlarını ləğv etmişdi.
Xatırladaq ki, bir müddət əvvəl rəsmi Twitter hesabında Rappdən üzr istəyən aktyor həmcinsləri ilə bəzi romantik münasibətlər yaşadığını etiraf etmiş və həyatının bundan sonrasını homoseksual olaraq davam etməyə qərar verdiyini açıqlamışdı.
Aynil