Kainatda indiyə qədər görülməmiş ən böyük partlayışı baş verdi

Astronomlar kainatda indiyə qədər qeydə alınan ən böyük partlayışın baş verdiyini iddia edib. Bu bizim üçün nə deməkdir? Niyə bu qədər vacibdir?
Sfera.az oxuculara bu suallara cavab verən yazı təqdim edir.
Astronomlar uzaq kainatda indiyə qədər qeydə alınmış ən güclü partlayış olduğu deyilən yerdə nəhəng bir partlayış müşhidə ediblər. BOAT (Brightest Of All Time -Bütün zamanların ən parlağı) adlandırılan bu partlayışın Supernova tərəfindən törədilən qamma-şüa partlaması olduğu iddia edilir. GRB 221009A olaraq qeydə alınan hadisə Çilidəki Gemini South teleskopu tərəfindən aşkar edilib.
Hadisə yeni müşahidə olunduğundan elm adamları hələ geniş təhlil aparma fürsəti tapmayıblar. Ancaq bilinən sadəcə budur: partlayış təxminən 2,4 milyard işıq ili uzaqlıqda baş verib və ilk dəfə oktyabrın 9-da səhər saatlarında bir neçə rentgen və qamma-şüa kosmik teleskopları tərəfindən aşkar edilib.
"Qeyri-adi uzun GRB 221009A indiyə qədər qeydə alınmış ən parlaq qamma-şüa partlamasıdır və ondan sonrakı parıltı bütün dalğa uzunluqlarında istənilən rekorddan daha yüksək dəyərlərə malikdir" - Merilend Universitetinin tədqiqatçısı Brendan O'Konnor qeyd edib.
Alim həmçinin yüz ildə bir dəfə baş verən bu hadisənin indiyə qədər qaranlıq maddə modellərini sınaqdan keçirməkdən tutmuş qara dəliklərin əmələ gəlməsinə qədər bir çox suallara cavab tapmağa kömək edəcəyini bildirib.
Qamma-şüa partlayışını hələ dəqiq təsdiqlənməsə də, onun Yerdən 2,4 milyard işıq ili uzaqlıqda baş vermiş nəhəng partlayış olduğu aydındır.
Aynil