Soyadına görə sosial hesabı bloklandı - “Facebook”u məhkəməyə verdi

Soyadına görə sosial hesabı bloklandı - “Facebook”u məhkəməyə verdi

“Facebook” platforması məhkəmədə Rusiya millisinin sabiq futbolçusu Dmitri Xoxlova 65 milyon 671 min rubl ödəyib.


Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə futbolçu özü məlumat verib.


Hakim şirkətdən futbolçunun adına dəymiş ziyana görə 64 milyon rubl, mənəvi ziyan kimi 1 milyon rubl, habelə ümumi məhkəmə xərclərinə görə 571 min rubl təzminat tələb edib.
 

Futbolçunun “Facebook”a qarşı iddia ərizəsi sentyabrın sonunda məhkəməyə təqdim edilib. Xoxlov soyadının ukraynalıları alçaltmaq məqsədilə istifadə edilən sözlə oxşarlığına görə hesabının daim bloklanmasına görə “Facabook” platformasından 150 milyon rubl məbləğində mənəvi ziyanın ödənilməsini tələb edib.
 

Xoxlovun sözlərinə görə, hesabının daim bloklanması səbəbindən nə onun özü, nə də dostları və tanışları “Facebook” və “Instagram”dan normal istifadə edə bilmirlər. Sosial şəbəkə onun soyadı ilə bağlı hər hansı qeydi bloklayır, bu səbəbdən idmançıya hətta soyadını dəyişmək də təklif olunub.
 

Xatırladaq ki, Xoxlov “CSKA Moskva”, “Lokomotiv”, “Torpedo” və “Dinamo” komandalarında, . 1996-2005-ci illərdə Rusiya millisində çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra Volqoqradın “Rotor” klubunda məşqçi olaraq çalışıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...