Ölümü də həyatı qədər sensasiyalı “Səhra tülküsü” - Nasistlərin tək alman feldmarşalı
Bəşəriyyət tarixində indiyə qədər görülməmiş ən qəddar idarəetmə formalarından biri sayılan Hitler rejimində Rommelin adı ayrıca qiymətləndirilir.
Lakin Hitleri sui-qəsd cəhdinə, bəlkə də iddiasına görə adı rəğbətlə anılan Ervin Rommelin həyatı və ölümü hələ də sirr olaraq qalır.
Onun Afrikadakı mübarizəsi, liderlik anlayışı və Nasist Partiya idarəçilərindən fərqli yanaşması daim diqqət cəlb etməyi bacarıb.
Bu gün ABŞ və Avropada bir çox tədqiqatçılar hələ də Rommel haqqında yeni məqalələr dərc edirlər.
Əslində Rommelin nasistlər arasında Hollivud istisna yeganə alman olması almanların bir az da öz ölkələrinin imicinə zərbə vurmasına səbəb olur.
Ölümü də həyatı qədər sensassiyalı olan bu alman komandirinin hekayəsi Afrikanın qızmar günəşi altında Almaniyadan uzaqda başlayacaqdı.
Rommelin macərası
15 noyabr 1891-ci ildə Ulmda dörd uşaqlı bir ailənin ikinci övladı olaraq anadan olmuşdur. Valideynlərinin ona verdiyi tam ad Erwin Johannes Eugen Rommel idi.
Atası riyaziyyat müəllimi olan Rommel qüsursuz bir riyazi zehnə malik idi; lakin o akademik istedadlı tələbə hesab edilmirdi.
Bu vəziyyəti anlayan ailə onu idmana yönləndirib. Gimnastika ilə məşğul olan Rommel öz təkidi ilə 16 yaşında orduya qatılıb.
Rommelin gözləri hərbi toplardan başqa heç nə görmürdü, ailəsi isə onun yalnız zadəganlar qəbul edilən süvari alayını seçəcəyini gözləyirdi.
Hərbi xidmətdə olduğu müddətdə Rommel məktəb fənləri üzrə orta göstəricidən yüksək nəticə əldə edə bilmədi; lakin komandirləri onda qeyri-adi bir istedad gördülər.
Məktəbdə fərqlənməyən gənc Rommelin sosial sahədə tayı-bərabəri olmayan liderlik qabiliyyəti var idi.
Birinci Dünya Müharibəsinin ilk aylarında aldığı xəsarətlər səbəbindən erkən tərxis olunan Rommel qısa müddətdə müalicəsini başa vuraraq cəbhəyə qayıdıb.
Rommel hərbi əməliyyat planları
Rommelinin dəstəsinin yerləşdiyi cəbhə fransızların kütləvi mühasirə hücumu ilə blokadaya alınmışdı.
Bu blokadanı görən yeganə alman komandiri Rommel idi və o, xətti keçərək fransızların qəti qələbə qazanmasına mane oldu.
Bu uğur sayəsində o, Arqonda taqım komandiri təyin edildi; lakin Rommelin liderliyə olan həvəsi onu döyüş meydanında aşkar hədəfə çevirdi.
1917-ci ilin oktyabrında o, bu dəfə ayağından zədə alaraq yenidən xəstəxanaya göndərilir.
Müharibənin sonu yaxınlaşdıqca xəstəxanadan çıxanda Rommel Rumıniya cəbhəsinə göndərilir.
Bu cəbhədə Rommel əvvəllər görmədiyi bir döyüş nizamı ilə qarşılaşır. Bir növ partizan taktikası adlandıra biləcəyimiz vur-qaç əməliyyatlarını diqqətlə izləyirdi.
Tabeçiliyində olanları kiçik qruplara bölərək, onu Afrikada qələbədən qələbəyə aparacaq strategiyanın əsasını qoyaraq çoxsaylı əməliyyatları idarə etmək bacarıqları əldə edir.
Rommelin Afrika macərası
İkinci Dünya Müharibəsinin qızğın olduğu günlərdə Adolf Hitler Rommeli Afrika Qoşunlarının komandanı təyin etdi. Onun təyinatında digər mühüm detal Hitlerin özünə münasibəti idi.
Hitler müharibə qəhrəmanı Rommeldən hansı qoşunlara rəhbərlik etmək istədiyini soruşdu və Rommel tərəddüd etmədən tank qoşunlarına rəhbərlik etmək istədiyini bildirdi.
1940-cı ildə Belçika və Fransaya edilən hücumlarda böyük üstünlüklər göstərən 'Matilda' adlı İngilis tank qüvvələrinə qarşı qazandığı qələbələr, Afrika macərasından əvvəl İngilis tankları ilə bağlı əfsanələrin ortadan qalxmasını təmin etdi.
İngilislərin Dunkerk istiqamətində başlatdığı əməliyyatda kanalın cənub hissəsindəki Rommel tankları 6849 əsgəri girov götürdü və 48 İngilis Matilda tankını məhv etdi.
Üstəlik, bu nailiyyət cəmi bir gündə əldə olunub. Sonrakı aylarda baş verən Somme döyüşündə Rommel bu dəfə 12.674 ingilis əsiri tutdu.
Ən əsası isə Çerburqda gedən döyüşlərdə Rommelin tank qoşunları 97 min fransız əsgərini öz silahları ilə əsir götürdü.
Bu, Fransanın son qurtuluş ümidlərinin puça çıxması demək idi.
Rommel birdən Berlinin böyük qəhrəmanı oldu.
Rommel Afrikada
Bu hadisələrin baş verdiyi dövrdə müttəfiq İtaliya ingilislərə qarşı, xüsusilə Kirenaikada çox çətin vəziyyətdə idi.
Mussollininin böyük ümidlər bəslədiyi marşal Rodolfo Qratsiani Afrikada zərbə ardınca zərbələr alırdı.
Avropada müharibədə qalib gəlmək üzrə olan müttəfiq dövlətləri Afrikada məğlubiyyət ərəfəsində idi.
Digər tərəfdən, ingilislərin son hədəfinin Tripoli olduğu açıq-aşkar görünürdü. Hitler bunun qarşısını almaq üçün müdafiə xətti qurmağa qərar verdi.
3 fevral 1941-ci ildə Rommel “Deutsches Afrikakorps” kimi tanınan Afrika qüvvələrinin başçısı təyin edildi.
Həmin ay Rommel sakitcə Afrikaya ayaq basdı. Rommelin qoşunları əvvəlcə Kirenaikadan gələn İngilis təhlükəsini aradan qaldırdılar.
1942-ci ildə Tunisə göndərilən Rommel bu nailiyyətlərinə görə Berlin tərəfindən “Cəngavər Xaçı” ilə təltif edilib.
Rommelin qələbələrindən sonra İngiltərədəki İcmalar Palatası təcili olaraq toplandı və Çörçilldən ona baş verənlər barədə məlumat verməsi istəndi.
Qoşunlarını sahilə yerləşdirən Rommel içəri girmək əvəzinə, vur-qaç taktikası ilə ingilis qoşunlarına ağır itkilər vermişdi.
Səhranı əlinin içi kimi bilən Rommelə “Səhra Tülküsü”, almanlar isə “Səhra Panteri” ləqəbi vermişdi.
Sui-qəsd və siyasi məhv
Rommelin Afrikadakı qələbələrindən sonra Hitler ona daha bir çətin tapşırıq vermişdi. Almanların ən böyük müttəfiqi Mussolini İtaliyada hakimiyyətini itirmək üzrə idi.
Rommel indi İtaliyaya gedəcək və lazımi tədbirlər görəcəkdi; lakin Rommel haqqında yayılan söz-söhbətlərdən sonra Hitler bu qərarından əl çəkdi və 1944-cü ilin yanvarında Rommeli Şimali Fransaya göndərdi.
Rommel burada olanda Birləşmiş Ştatlar Normandiyada böyük bir xilasetmə əməliyyatına başlamaq üzrə idi.
Həmin ilin 17 iyununda hava hücumunda avtomobili hədəfə alınan Rommel başından yaralanıb. Bundan sonra müalicə üçün Berlinə təxliyə edildi.
Afrikada qazandığı qələbələr sayəsində hələ sağ ikən düşmənləri arasında da əfsanəyə çevrilən Rommelin ölümü də şok effekti yaradacaqdı.
Onun qələbəsi müharibəni Afrikada iki il uzatmışdı. Lakin Rommeli məhv etmək istəyən təkcə ingilislər deyildi.
Onun getdikcə artan nüfuzu Berlində də düşmənlərinin sayını xeyli artırmışdı.
1944-cü ilin iyulunda Hitleri devirmək istəyən qruplaşma arasında Rommelin də adı çəkilir. Əslində isə Rommel siyasətlə az maraqlanırdı, o bütün diqqətini cəbhəyə həsr edirdi.
Bu səbəbdən Berlində ona qarşı hərəkətə keçən qrupun varlığından belə xəbəri olmayıb.
Oktyabrın 7-də feldmarşal Vilhelm Keytel telefonla Hitlerdən Berlindəki mühüm toplantıda iştirak etməsini xahiş etdi.
O, müalicədən sonra Rommeli xüsusi qatara mindirib Berlinə qaytaracaqdı. Lakin yaraları hələ tam sağalmamış olan Rommel nəzakətlə təklifi rədd etdi.
Bundan sonra general Burqdorf Rommelin evinə gəldi . İyulun 20-də Berlində kimlərsə tərəfindən Hitlerə sui-qəsd cəhdində onun da adının çəkilənlər arasında olduğunu söylədi.
Başqa bir versiyaya görə, çox güman ki Rommel sui-qəsd planından xəbərdar idi, ama bilavasitə qəsddə iştirak etmirdi. Feldmarşel qəsdin uğurlu olacağı təqdirdə yeni hakimiyyətin tərəfinə keçəcəyini vəd etmişdi. Rommel kimi çox uğurlu bir hərbçinin dəstəyi həqiqətən də vacib idi.
Hitler də Rommelin populyarlığı və uğurlarını nəzərə alaraq onun məhkəmə qarşısına çıxarılmaqdansa, intihar planına üstünlük verdi. Feldmarşelin evinə gələn elçilər ona Hitlerin mesajını gətirmişdilər : intihar edəcəyi halda hərbi ehtiram və təntənə ilə dəfn ediləcək. Ailəsinə də feldmarşel təqaüdü ödəniləcək. Məhkəmənin hökmü ilə təqsirli bilinsə isə ; reyxin düşməni kimi güllələnəcək, ailəsi də həbs düşərgəsinə göndəriləcək.
Rommel özü vəziyyəti həyat yoldaşına belə izah etmişdi:
“Sağollaşmağa gəldim. Hitler mənə dərman göndərdi. İstəsəm iynə vurub verə bilərlər dedilər. Üç saniyəyə təsir edən zəhər var əlimdə (kalium sianid). Yoxsa xalq məhkəməsində mühakimə olunandan sonra güllələnərəm”.
Ailəsinin qaçmaq və ya məhkəməyə gəlmək israrına baxmayaraq, Rommel bunun mümkün olmadığını bilirdi. Çünki gestapo artıq evi mühasirəyə almışdı.
"Afrika Krops"un formasını geyinən Rommel ailəsi ilə vidalaşaraq evi tərk edib. Bir neçə yüz metr yol getdikdən sonra açıq sahəyə gəlir.
Rommel köməkçisini və sürücüsünü maşından düşürdür. Təxminən on dəqiqə sonra qapı açılanda faşist Almaniyasının ən qüdrətli komandiri Rommelin cansız bədəni maşında uzanmışdı.
Rəsmi məlumatlarda isə Rommelin avtoqəza zamanı kəllə-beyin travması alması nəticəsində həlak olduğu qeyd olunurdu.
Rommeli oktyabrın 17-si təntənəli, hərbi şərəflə dəfn etdilər. Həmin günü Hitler milli matəm elan etdi. Mərasimdə sərkərdə haqqında epideyktik nitqlər söylənildi.
Hitler Rommelin adının misilsiz cəsarət və qəhrəmanlıq simvolu olduğunu demişdi.
Beləliklə Rommel korrupsioner bir güc rejimində hətta qəhrəmanların belə hakimiyyət mübarizəsində necə qurban ola biləcəyinin bariz təcəssümü oldu.
Aynil