Azərbaycanda bu çörəyin qiyməti 2 manatı ötüb

Bu il Azərbaycanda çörək məhsullarının qiymətində davamlı artım müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, cari dövrdə bütün növ çörəklərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb.
Əhalinin daha çox istehlak etdiyi buğda unundan bişirilən çörəyin bir kiloqramının qiyməti ilin əvvəlindən bəri 40 qəpikdən çox yüksəlib. İlin əvvəlində bir kiloqramı orta hesabla 91 qəpiyə satılan buğda unundan hazırlanan çörəyin qiyməti hazırda 1,35 manatdır. Son 9 ayda buğda çörəyinin 50 faizə yaxın bahalaşması müşahidə edilib.
Çövdar çörəyinin dəyəri də təxminən 50 faiz artıb. İlin əvvəlində çovdar çörəyinin bir kiloqramının qiyməti 1,35 manat olduğu halda indi 2 manatdan baha satılır.
Qarışıq undan bişirilən çörəyin də dəyəri xeyli artıb. İlin əvvəlində kiloqramının qiyməti 1,26 manat olan bu növ çörəyin dəyəri hazırda 1,7 manatdan yüksəkdir.
Vasif
Sfera.az