“Mətndə Ermənistanın yozmağa çalışacağı heç bir söz olmamalıdır” – Açıqlama

“Mətndə Ermənistanın yozmağa çalışacağı heç bir söz olmamalıdır” – Açıqlama

“Ermənistanla sülh müqaviləsinin imzalanması və "söhbətin bağlanması" bəzi xarici qüvvələrin "DQR"in rəsmən tanıması ilə bağlı əl-qolunu aça bilər”.

 

Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, sülh müqaviləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan ərazisi kimi tanınması aydın ifadə olunmalıdır:

 

“Doğrudur, Qarabağdakı ermənilərin re-inteqrasiyası bizim daxili məsələdir. Amma sözügedən ərazi uğrunda müharibədə qalib gəlmişik və müharibəyə nöqtə qoyan sənəd bu nəticəni özündə daşımalıdır. Əks təqdirdə,  "DQR"in tanınması üçün bəzilərinin əl-qolu açılacaq”.

 

REAL partiyasının icraçı katibi Natiq Cəfərli isə deyib ki,  Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir və Qarabağı ayrıca məsələ kimi görür:

 

“Biz bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə necə və nə vaxt inteqrasiya olunacağı haqqında heç bir “yol xəritəsi” açıqlamırıq. Bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur. Sülh müqaviləsində mütləq Ermənistanın Qarabağla birgə Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalıdır. Həmçinin bölgədə yaşayan erməni əsilli azərbaycanlıların ölkənin siyasi, iqtisadi, sosial həyatına inteqrasiyası ilə bağlı yol xətirəsi ilə yanaşı, 1987-ci ildən bəri öz torpaqlarından zorla qovulmuş, Ermənistanda yaşamış Azərbaycan türklərinin də öz yaşadıqları torpaqlara qayıtmaq hüququ eyni qaydada yol xəritəsi ilə təsbit-təsdiq olunmalıdır”.

 

Partiya üzvü qeyd edib ki, Azərbaycan erməni əsilli vətəndaşlarına hansı zamənətləri verəcəksə, Ermənistan da eyni addımları dönmək istəyən Ermənistan vətəndaşları olacaq türklərə təmin etməklə bağlı yazılı öhdəlik götürməlidir:

 

“Ədalətli sülhü bərqərar edəcək, əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır ki, bölgəmizə əmin-əmanlıq və rifah gəlsin. Ona görə də Ermənistan tərəfinin sonradan yozmağa çalışacağı heç bir söz, cümlə mətndə yer almamalıdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...