Onu Diana ilə bağlayan nə idi ? - Bənzər həyat, eyni faciə
Bu gün kral ailələrinin bəzi üzvləri Hollivud məşhurları demək olar ki, rəqabət aparırlar. Britaniya kral ailəsinin iki gəlini Keyt Middlton və Meqan Markl bu mövzuda ilklərdəndir.
Onlar kino və ya musiqi dünyasının ulduzları, maqazin jurnallarının simaları kimi qəbul edilir. Onlardan əvvəl Şahzadə Diana da var idi: heç vaxt şəxsən görüşmədikləri, amma çox yaxşı tanıdıqları qayınanaları…
Ölümündən əsrin dörddə biri qədər keçməsinə baxmayaraq, şahzadə Çarlzla evləndiyini elan etdiyi gündən bəri məşhurluğu ilə daim gündəmdədir.
Şahzadə Diana bütün zamanların ən məşhur kral ailəsi üzvüdür. Bu baxımdan onun yeganə rəqibi özü kimi faciəvi şəkildə dünyasını dəyişən keçmiş Hollivud ulduzu, daha sonra Monako şahzadəsi olmuş Qreys Kellidir.
Ancaq müasir dövrün bu iki məşhur şahzadəsindən yüz il əvvəl tamamilə fərqli bir insan var idi. Avstriya İmperatoru və ya daha çox Sisi kimi tanınan, şöhrəti hələ də dünyanı bürüyən Elizabet. Üstəlik, bacısı ilə evlənmək üzrə olan İmperator Frans Cozefin ürəyini oğurlayıb, həyatını onunla birləşdirən, gözəlliyi dillərdə dastan olan Sisi…
Sisi də Diana və Qreys Kelli kimi gözlənilmədən və faciəvi şəkildə dünyasını dəyişmişdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sisi də paparassilərin nəfəs almağa imkan vermədiyi Diana kimi öz zamanında gözəlliyi ilə mətbuatın diqqətini daim çəkib. Həyata baxışı və gündəlik həyatının təfərrüatları tez-tez dövrün qəzet səhifələrinin manşetlərini bəzəyib.
Sfera.az bu yazıda sizə Avropa tarixinin ən məşhur kral ailəsi üzvü kimi tarix səhifələrinə damğasını vuran Şahzadə Sissi haqqında bilmədiyiniz maraqlı məlumatları təqdim edir.
Son zamanlar rəqəmsal platformada yayımlanan seriallarla gündəmə gələn Sisinin həyatı və xüsusən də faciəli sonu yenidən müzakirə mövzusuna çevrilib
ATASI YARIMAĞILLI HERSOQ, anası Avstriya İmperatorunun bibisi idi
1837-ci ildə Almaniyanın Münhen şəhərində anadan olan Elizabeth (və ya daha çox Sisi) Bavariyanın Wittelsbach sülaləsinə mənsub bir ailənin qızı idi. Atası Maxi, çevrəsinin "yarı dəli" kimi tanıdığı bir hersoq idi. Vəziyyəti o qədər təhlükəli idi ki, bir dəfə ailə yeməyində qonaqların gözü qarşısında odlu silahdan atəş açdıqdan sonra ailəsindən ayırıb sürgünə göndərdilər. Anası hersoginya Ludovika Avstriya imperatoru Frans İosifin bibisi idi.
Habsburqlar Evinə mənsub olan bu ailə o dövrdə Avropanın ən zəngin və nüfuzlu kral ailələrindən biri idi. Buna görə də Frans Josef bütün subay qızların anaları üçün kürəkənlik uğrunda mübarizə aparan sevimli kişi idi. Əslində Sisinin anası da bu vəziyyəti dəyərləndirib. Lakin onun əsas məqsədi Frans Josef ilə üsyankar, itaətsiz kiçik qızı Sisini deyil, daha mühafizəkar olan böyük bacısı Heleneni evləndirmək idi. Lakin işlər heç də belə getmədi.
HELENİN ƏVZİNƏ SİSİYƏ EVLİLİK TƏKLİF ETDİ
O zaman cəmi 16 yaşı olan Sisini görən kimi Frans İosif ona aşiq olur. Sisi də onun hisslərini cavabsız qoymur. İmperator Frans İosif anası Sofinin istəyinin əksinə olaraq böyük bacısı Helene deyil, Sisiyə evlənmə təklifi edir. Sonda iki gənc evlilik xəyalları puç olan Helenin göz yaşları üzərində ailə qurur.
Əslində, o dövrün tarixçilərinin də qeyd etdiyi kimi Frans İosifi qınamaq əbəs idi. Sisi dövrünün ən gözəl qadınlarından biri idi. O, qeyri-adi üsyankar idi. At sürməyi sevən, yalın ayaqları ilə otların üstündə gəzən, ətrafına həyat enerjisi saçan gənc qız idi. Frans İosiflə evləndikdən sonra cazibəsi və gözəlliyindən əlavə tezliklə Avstriya ictimaiyyətinin rəğbətini də qazandı.
ƏSİRİN TOYU
1854-cü ildə Sisi ilə Frans İosifin nikah mərasimi o zaman “əsrin toyu” adlandırılmışdı.
Toyun keçiriləcəyi kilsəyə gedərkən özünün dəbdəbəli şüşəli avtomobilində ətrafa toplaşan insanlar ona heyranlıqla bərabər sevgilərini göstərirdilər. Kütləni dağıtmaq istəyən polislə ictimaiyyət arasında gərginlik də yaşanmışdı. Polis hətta su şırnaqları ilə dayandıra bilmədiyi izdihama atəş açıb, bəziləri yaralanıb. Sisi və Frans Josef cütlüyünün toyuna bu qədər diqqət yetirilməsinin başqa səbəbi də var idi: Sisinin gəlinliyi. Gəlinliyin 30 kiloqramdan çox olduğu bildirilir. O qədər qiymətli parça ilə tikilmiş və qiymətli daşlarla bəzədilmişdir ki, onun bu gün 80.000 funt-sterlinqə yaxın dəyəri olduğu iddia edilir.
XALQIN YOXSULLUĞUNDAN TƏSİRLƏNDİ VƏ İLKƏ İMZA ATDI:
Toydan cəmi bir il keçmişdi. Hələ 17 yaşı olan Elizabet Sisi artıq dünyanın ən güclü qadınına çevrilmişdi. O, həm də dikbaş idi. Sisi göz qamaşdıran sərvət içində yaşamasına baxmayaraq xalqın yoxsulluqdan əziyyət çəkdiyini hiss edirdi. Sərt qayınanasına və hətta əri imperatora meydan oxuyan Sisi gecəqondulara və fabriklərə baş çəkməyə başlamışdı.
Sisi dünyanın kral ailələrinin xalqla iç-içə olduğu, əl sıxdığı, qısa söhbətlər etdiyi ziyarətlərin öncülü olub. Onun davranışı saray əyanlarını dəhşətə gətirib. Amma bu, Sisinin ictimai rəğbətini artırırdı.
Sisi dövrünün ən məşhur adamı idi... Onun fotoşəkilləri, xüsusən də ən məşhur rəssamı Franz Xaver Vinterhalterin çəkdiyi portretləri bütün ölkəni əhatə edirdi. Bütün dünyada onu tanıyırdılar. Başqa sözlə desək, rok ulduzlarının belə mövcud olmadığı bir dövrdə Sisi rok ulduzları kimi məşhur idi.
MODA İkonuna ÇEVİRİLMİŞDİ
Sisi tez bir zamanda moda ikonasına çevrildi. Bütün tanınmış qadınlar onun geyimlərini təqlid edirdilər. Onun ən çox diqqət çəkən xüsusiyyəti saçlarını bəzəməsi idi. Uzun saçlarına taxdığı bəzək əşyaları dövrün qadınları tərəfindən təqlid edilirdi. Sisinin də çox maraqlı zövqləri var idi. Gecələr üzünə maska taxıb böyürtkən yığmağa çıxırdı. Təbii ki, bu vəziyyət onun təhlükəsizliyi üçün narahat olan həyat yoldaşı Frans İosifi narahat etməyə başlayıb.
KÖK İNSANLARDAN QORXURDU: BELİNİ QORUMAQ ÜÇÜN KORSETİNİ ÇIXARMIRDI
Sisinin kök insanlardan qorxduğu deyilirdi. Əslində o, buna görə artıq çəkisi olan Kraliça Viktoriya ilə görüşmək belə istəmirdi. O, həddindən artıq arıq bədən quruluşuna sahib idi və onu qorumaq üçün əlindən gələni edirdi. Xüsusi qidalanma proqramına əməl edib və heç vaxt idmana fasilə verməyib. O, hətta sarayında idman zalı kimi yer tikən ilk kral ailəsi üzvü olmuşdu. Çox nazik belinin qalınlaşmasının qarşısını almaq üçün davamlı olaraq Parisdə hazırlanmış korsetlərdən istifadə edirdi. Sisi buz vannası qəbul edirdi.
QAYINANAYA QARŞI ÇIXMAQ
Bütün bunlara baxmayaraq, Sisinin həyatında faciələr əskik olmadı. İlk övladının hər ikisi qız idi. Amma bu qızları qayınanası Sofi aparıb. Sisi isə qızlarının qayğısına qalmaq, xüsusilə də öz südü ilə qidalandırmaq istəyirdi. Nəzərinizə çatdıraq ki, o dövrün kral ailələrində qadınlar övladlarını himayədar analara və dayələrə verməli idilər. Uşaqlarının əlindən alınmasına dözə bilməyən Sisi Vyananı tərk edərək ailəsinin yaşadığı Bavariyaya gedib. Amma “evə get” əmrinə müqavimət göstərə bilməyib. Buna baxmayaraq, o, qayınanası Sofiyə qarşı üsyan etməyə davam edib. Həmişə qara paltar geyinməyə, ictimai yerlərdə tütün məmulatlarından istifadə etməyə başlayıb.
DİANA KİMİ BULİMİYADAN ƏZİYYƏT ÇƏKİB
Sisi təkcə xalqın sevgisini qazanmaqda Diana ilə eyni taleyi paylaşmadı.
Yaşadığı həyat səbəbindən bulimiyaya yoluxmuş və bu ona əziyyət verirdi. Sisi birbaşa otağına aparılan xəmir yeməklərini yedikdən sonra qusmağa başlayırdı.
Bu vaxt artır onun evliliyi də sarsılmağa başladı. Həyat yoldaşı daha mühafizəkar idi, Sisi isə əksinə idi. İş o yerə çatdı ki, o, Macarıstanın siyasi muxtariyyəti uğrunda mübarizə apardı, nəticədə Avstriya-Macarıstan imperiyası - ikili monarxiya yarandı.
Sonra daha bir addım atdı... Həyat yoldaşı ilə cinsi münasibətlərinə də son qoyub İngiltərə, Fransa və Macarıstan arasında fəaliyyət göstərən liberal qrupun tərkibində xaricdə yaşamağa başladı. Dəbdəbəli paltarlarını çıxarıb kəndlilər kimi geyinməyə başladı. Masaların üstünə qalxıb rəqs etmək o zamanlar ən çox etdiklərindən biri idi. O zaman dövrün fotoqrafları da onu izləyirdilər. Sisi hətta onlardan qaçmaq üçün kolların arxasına gizlənsə də, yenə də onlardan tam qurtula bilmirdi. Bununla da Sisi ilk paparassi qurbanlarından biri kimi tarixə düşüb.
Qocalmaqdan QORXURDU
Sisi 32 yaşında həyatın sərt reallıqları ilə üzləşməli olub. Qocalmaqdan qorxan Sisi üzünü daim qalın bir örtüklə örtməyə başladı ki, bir daha onun şəklini çəkməsinlər və ya görməsinlər. O, belə gizlənməyə üstünlük versə də, dövrün onu tanıyan kişilərinin yarısı Sisiyə aşiq olub. Kraliçanın də bəzi eşq macəraları olub.
KRAL AİLƏSİ TARİXİNİN ƏN GİZLİ HADİSƏLƏRDƏN BİRİ
Sisi hələ o zaman həyatının ən böyük faciəsini yaşamamışdı. Onun yeganə oğlu və taxt varisi Rudolf narkotik aludəçisi idi. Atasına da nifrət edirdi. Günlərin birində Rudolfun Mayerlinqdəki kral iqamətgahında ölümü əsrin qalmaqalı kimi qələmə verildi və Sisiyə ən böyük zərbələrdən birini vurdu. Yataqda Rudolfun cansız bədənindən başqa ölmüş sevgilisi də var idi. Hadisənin motivi də dəhşətli idi. Sevgilisini güllələyən Rudolfun özü idi. O, əvvəlcə onu öldürüb, sonra isə intihar edib. Bu hadisə dünya krallıq tarixinin ən sirli hadisələrindən biri kimi tarixə düşdü. Bu qalmaqal dünya əhalisini də sarsıtmışdı, amma Sisiyə təsiri daha dəhşətli oldu. Bu hadisədən sonra o, Korfu adasındakı villasına qapandı, sonra isə illərlə başqa adla dünyanı gəzməyə başladı. Bu zaman onun həyatı da gözlənilmədən sona çatdı.
Dırnaq itiləyən alət korsetini deşərək ürəyinə və ciyərlərinə nüfuz edib
1898-ci il sentyabrın 10-da gəlini İrma Sztaray ilə Cenevrədə gəzintiyə çıxdı. Sisi həmin gün üzünü gizlədən örtüyü istifadə etməyi unutmuşdu. Kəskin anti-monarxiyaçı Luigi Lucheni adlı şəxs onu görür və dərhal tanıyır. Lucheninin əlində iti bir dırnaq aləti var idi. Sisiyə yaxınlaşıb, dırnaq itiləyəni onun sinəsinə sancır. Alət Sisinin məşhur dəri korsetindən kənara dəyir və onun ürəyinə, ciyərlərinə nüfuz edir. Sisi o zaman 60 yaşında idi və bir neçə saat sonra qan itirmədın ölür. Əslində, Lucheni sırf bu sui-qəsd üçün Cenevreyə gəlmişdi. Onun əsas məqsədi Fransa taxtına iddialı Henri Filipp d'Orleanı öldürmək idi. Lakin o zaman Henri Filip hələ şəhərə çatmamışdı. Əvəzində Sisi qurban oldu.
SON NƏFƏSİ OLDU
Hücum o qədər sürətlə baş verir ki, Sisi nə baş verdiyini belə tam anlaya bilmir. Üzərində yalnız kiçik bir qan ləkəsi var idi. Sisi dərhal xərəkdə qaldığı otelə aparılır. Daha sonra baş verənləri otel sahibinin həyat yoldaşı: "O, solğun üzü ilə xərəkdə uzanmışdı. Gözləri bağlı idi. Otağına gətirildikdən sonra iki dəfə dərindən nəfəs aldı. Bu, onun son nəfəsi idi. Xərəkdə sanki yatmış kimi uzanmışdı , ağrıdığı hiss olunmurdu”.
FENOMENƏ ÇEVRİLDİ
Sisinin dəfn mərasimi dövrünün ən izdihamlı mərasimlərindən biri olub. Zaman keçdikcə isə Sisi incəsənət fenomeninə çevrildi. Onun haqqında yazılan kitablardan və açılan sərgilərdən sonra 1955-ci ildə Romi Şnayderin əfsanəvi imperatriçanı canlandırdığı “Sissi” filmi gəldi. Ernst Marischkanın rejissoru olduğu filmdə məşhur kral ailəsinin üzvü ölümündən illər sonra gündəmin zirvəsinə yüksəldi. Gün ərzində yüzlərlə insan Sisinin Vyanadakı Hofburq sarayındakı idman zalını ziyarət edir. Ölümündən bu qədər vaxt keçməsinə baxmayaraq, onun xatirəsinə ucaldılmış abidəyə hələ də güllər qoyulur.
Sisini bir çox cəhətdən bənzədilən Diana və Qreys Kellidən fərqləndirən xüsusiyyət ikisindən daha uzun yaşamasıdır. Diana öləndə 36 yaşında idi. Qreys Kelli 53 yaşında yol qəzasında dünyasını dəyişib. Sisi isə son nəfəsini verəndə 60 yaşında idi.
Çoxlarının fikrincə, müasir dövrdə şahzadə Diana və şahzadə Qreysə olan sevgi və heyranlıq məhz Sisiyə bənzədiklərinə görədir.
Sisi ilə müqayisə edilən şahzadə Diana Spenser 1981-ci ildə Britaniya taxt-tacının varisi Çarlzla evlənib. İki uşaq dünyaya gətirsə də, yoldaşı ilə xoşbəxt ola bilməyib. Sonda Çarlzdan ayrılan Diana 31 avqust 1997-ci ildə sevgilisi Dodi Əl Fayed ilə avtomobil qəzasında ölmüşdü. Diananın ölümü ilə bağlı sirrlər pərdəsi üstündən illər keçməsinə baxmayaraq hələ də tam olaraq götürülməyib. Uels şahzadəsi Diananın həyatı bir çox kitab və filmlərin ilham mənbəyi olub.
O DƏ GÖZLƏNİLMƏZ YOL QƏZASINDA ÖLÜB
Monako şahzadəsi Qreys Kelli həyatı faciəli şəkildə bitən kral ailəsi üzvlərindən biridir. O, Hollivud ulduzu olarkən aşiq olduğu Monako şahzadəsi Rainierlə evlənmişdi. Üç uşaq dünyaya gətirib. Təqvimlər 1982-ci il sentyabrın 14-nü göstərəndə Qreys Kellinin kiçik qızı Stefani ilə avtomobil səyahəti zamanı dünyasını dəyişdi. Qreysin isə 53 yaşı var idi.
Aynil