“Netflix” və Kral Ailəsi arasında gərginlik çoxalır - Serial qalmaqalı

“Netflix” və Kral Ailəsi arasında gərginlik çoxalır - Serial qalmaqalı

“Netflix”in fenomen serialı “The Crown”un yeni mövsümə başlamasına sayılı günlər qalıb. Kral ailəsinin isə narahatlığı artmağa başlayıb.
Kraliçanın ölümü ilə “Netflix”in aparıcı seriallarından birincisi olan “The Crown” yenidən gündəmə gəlmişdi. Platforma yeni mövsümün yayımına hazırlaşarkən sarayda gərgnlik də artmağa başlayıb.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, serial Bukingem sarayı tərəfindən dəfələrlə fakt və fantastika arasındakı sərhədi pozmaqda ittiham olunur. Yeni bölümlərdə 1997-ci ilin avqustunda Parisdə şahzadə Diananın faciəvi ölümündən bir neçə saat əvvəli əhatə edəcək səhnələr yer alır.
 

Bundan əlavə, yeni mövsümdə Diananın Şahzadə Filipin yaxın dostu Penny Knatchbull ilə Çarlzı aldatdığı və Şahzadə Çarlzın Kraliçaya onun pis ana olduğu üçün həbs edilməli olduğunu söyləməsi ilə bağlı səhnələrin olması diqqət çəkib.


“Netflix”in serialın uydurma və faktiki olmadığını bəyan etməkdən imtina etməsi Kral ailəsi ilə arada daha da gərginlik yaranmasına səbəb olub. Tənqidçilər isə hesab edirlər ki, hər tamaşaçı şoudakı səhnələrin uydurma olduğunu anlayacaq potensialda deyil və bunun üçün xəbərdarlıq olmalıdır.

Şahzadə Uilyam

Şahzadə Uilyamın xüsusilə “The Crown” filminin Şahzadə Diana ilə bağlı hissələrinə reaksiya verməsi mətbuatda da əksini tapıb. Uels şahzadəsinin “Netflix”in əyləncə məqsədilə anasının son günlərini canlandırmasından qəzəbləndiyi bildirilir.


“Netflix” isə israrla Diananın Parisin Pont de l'Alma tunelində avtomobil qəzasında ölməsi ilə bağlı səhnələrin serialda yenidən canlandırılmayacağını bildirir.
Kral ailəsinə yaxın mənbənin mətbuata verdiyi məlumatda Paris hissəsinə qayıtmağın və Diananın son günlərini, saatlarını dram filminə çevirməyin çox narahatedici olduğunu qeyd edib.



Serialın sözçüsü öz növbəsində çəkiliş zamanı bir çox jurnalist və tədqiqatçıların sənədlərindən istifadə olunduğunu vurğulayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...