Onu tapana 100 min dollar veriləcək - Türkiyədə gizləndiyi deyilir

Porno sayt quraraq seks ticarətinə başlayan və izini itirən Maykl Ceyms Pratt FBİ-nin “Ən çox axtarılan 10 qaçaq” siyahısına daxil olub.
Sfera.az Amerika mətbuatına istinadən bildirir ki, Cənubi Kaliforniya Dairəsinin Baş Prokuror müavini Randy Grossman Prattın cəzasını çəkməsi və ədalət qarşısında cavab verməsi üçün çalışdıqlarını qeyd edib.
“GirlsDoPorn” və “GirlsDoToys”-a qarşı ilk iddia 2016-cı ildə açılıb. Saytlar porno ssenarilər hazırlayıb, lakin qadınları aldadaraq, onları müqavilə bağlamağa məcbur edib, reklam modelləri kimi fotolarını istifadə edəcəkləri ilə hədələyiblər.
FBİ-nin məlumatına görə, qadınlara videoların yalnız özəl şəkildə yayılacağı bildirilsə də,, görüntülər internetdə yerləşdirilib.
2021-ci ilin iyununda, 2013-2017-ci illər arasında GirlsDoPorn üçün "aktyorları işə götürən" və eyni zamanda aktyorluq edən Ruben Andre Garcia təhdid və seks alveri iddiasına görə 20 il həbs cəzasına məhkum edilib.
“GirlsDoPorn”un 2020-ci ilin yanvarında iddiaları yekunlaşan 22 qadına ümumilikdə 13 milyon dollar təzminat ödəməsi qərara alınıb.
Metyu İsaak Vulf və Valeri Mozer kimi saytın digər təsisçiləri də seks alverində təqsirli biliniblər.
Lakin 39 yaşlı Pratt 2019-cu ildə qaçıb və yoxa çıxıb.
Prattın tapılmasını əks edəcək məlumatları paylaşanlara 2020-ci ildə 10 min dollar, 2021-ci ildə 50 min dollar vəd edən FBİ bu məbləği 100 min dollara yüksəldib.
Yeni Zelandiya əsilli mühacirin bir sıra əlaqələri olduğu və Türkiyə, İtaliya, Avstraliya, İspaniya, Portuqaliya, Sinqapur, Yaponiya, Çili və ya Fransada gizlənmə ehtimalı olduğu bildirilir.
FBİ agenti Stacey Moy başqa insanlara da zərər vermədən Prattı tutmaq istədiklərini bildirib.
Aynil