Barəsində həbs qərarı olan qadın polisə iş üçün müraciət edərkən tutuldu

Barəsində həbs qərarı olan qadın polisə iş üçün müraciət edərkən tutuldu

ABŞ-da tragikomik hadisə yaşanıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, həbs qərarı olan Zyeama Y. Johnson polis ofisinə iş üçün müraciət edərkən tutulub.
 

O, Nyu-Cersi ştatının Hudson dairəsində mühafizəçi kimi işə müraciət edib.
 

Təhlükəsizlik araşdırmasında Consonun Pensilvaniya əyalətində dələduzluqda günahlandırıldığı və məhkəməyə gəlmədiyi üçün həbs qərarı olduğu müəyyən edilib. Onun Nyu-Cersidə yol cərimələrinə görə 10 həbs qərarı olduğu da məlum olub. Bundan başqa Conson kredit kartı oğurluğunda da ittiham olunur.
 

Şübhəlinin həbsindən sonra evində aparılan axtarış zamanı oğurlandığı güman edilən iki kredit kartı tapılıb.
 

Polis 27 yaşlı Consonun əvvəllər ABŞ Poçt Xidmətində işlədiyini də müəyyən ediblər. Bundan sonra Poçt Xidməti də Polislə birlikdə araşdırmalara başlayıb.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR