Rusiyada faciə: ölənlərin ailələrinə 1 milyon veriləcək

Dünya
00:29 / 18.10.2022
6442
Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində qırıcının yaşayış sahəsinə düşməsi nəticəsində baş vermiş qəzada ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək.
Sfera.az xəbər verir ki, bu barədə Krasnodar qubernatorunun köməkçisi Anna Minkova deyib.
“Ölənlərin ailələrinə 1 milyon, orta və ağır dərəcədə xəsarət alanlara 400 min, əmlakını itirən hər ailəyə isə 100 min rubl ödənilməsi üçün qubernator büdcədən vəsait ayrılması ilə bağlı qərar verib”, - deyə o bildirib.