Kral Çarlz anasının yarış atlarını satır - Kral ənənəsi pozulur

Kral Çarlz anasının yarış atlarını satır - Kral ənənəsi pozulur

Kraliça II Elizabet keçən il çox sevdiyi yarış atlarından 590 min funt sterlinq qazanıb.


Anası Kraliça II Elizabetin ölümündən sonra 73 yaşında taxta çıxan Kral II Çarlzın anasının atlarını satışa çıxaracağı məlum olub.



Sfera.az Britaniya mətbuatına istinadən bildirir ki, kral Çarlz illərlə davam edən kral ənənəsinin əksinə olaraq anasından miras qalan 12 yarış atını satmaq qərarına gəlib. Hərraca çıxarılacaq olanlara yarış favoritləri Just Fine və Love Affairs da daxildir.



Saraya yaxın mənbələr at yetişdirmə fəaliyyətinin ləngidiyini bildirərək Kral at fermasının üç ildən sonra muzeyə çevrilmə ehtimalının olduğunu bildiriblər.
Mənbə Kral ailəsi ilə at yarışı sənayesi arasındakı əlaqənin böyük ehtimalla davam etsə belə, əvvəlki kimi olmayacağını bildirib.



Ən az 60 yarış atına sahib olan Kral Çarlzın bu sayı tədricən azaltmağı planlaşdırdığı bildirilir. Yeni doğulan tayların da baha qiymətə satılacağı gözlənilir.



Qeyd edək ki, Kraliça Elizabet böyük sərmayə qoyduğu yarış atlarından keçən il 590 min funt sterlinq qazanıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR