Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatdı - YENİLƏNDİ

Rusiyada Krasnodar əyalətinin Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, yaşayış binasının üzərinə düşən təyyarənin Su-34 hərbi qırıcı-bombardmançı olduğu məlum olub.
Rusiya Müdafiə Nazirliyi Su-34-ün qəzaya uğradığını təsdiqləsə də, hökunət rəsmiləri hələ ki, hadisə ilə bağlı əlavə məlumat verməyib.
Nazirlik qırıcı təyyarənin Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşunu yerinə yetirmək üçün qalxarkən baş verdiyini bildirib.
Mətbuatın verdiyi məlumata görə, təyyarənin iki pilotu havaya qalxa bilib.
Hadisə şahidləri təyyarənin binaya düşdükdən sonra güclü partlayış olduğu və yanğın başladığını deyib.
***
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.
Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.
Aynil