Almaniya teleqramı cərimələdi

Dünya
20:35 / 17.10.2022
9029
Almaniyanın Federal Ədliyyə İdarəsi "Telegram" messenceri 5,1 milyon avro məbləğində cərimələyib.
Sfera.az xəbər verir ki, bu barədə qurumun bugünkü açıqlamasında deyilir.
Qeyd olunur ki, "Telegram" 2021 və 2022-ci illərdə Almaniyanın sosial şəbəkələrin məzmun tərkibi barədə məlumatların təqdim olunması barədə qanunvericiliyin pozulmasında təqsirli bilinib.
"Telegram" rəhbərliyi qərarla bağlı hər hansı şərh verməyib. Şirkətin qərarla bağlı apellyasiya vermək hüququnun olduğu deyilir.