Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Siyasət
19:33 / 17.10.2022
10432
Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışlayıram.
Sfera.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Tvitterdə qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşünün ardınca monitorinq missiyasının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimadın yaradılmasına xidmət edəcək”, - paylaşımda qeyd olunub.