"Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları toplayır" - Müdafiə Nazirliyi

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


OXŞAR XƏBƏRLƏR